vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 19 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
KİNO-TEATR  
Kannda rekord alış 13:57 | 19 may 2025 | Bazar ertəsi Məqaləyə 12 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kannda rekord alış

Türk iş adamının şirkəti maraqla gözlənilən filmin hüquqlarını əldə etdi

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Müstəqil filmləri izləməyə imkan yaradan onlayn striminq platforması və film şirkəti olan MUBİ ABŞ və bir çox başqa ölkələrdə Linn Remsinin “Öl, mənim sevgim” (“Die, My Love”) filminin hüquqlarını əldə etdi. Sövdələşmənin ümumi dəyərinin təxminən 24 milyon dollar olduğu bildirilir. Baş rollarda Cennifer Lourens və Robert Pattinsonun oynadığı film Mayın 17-də Kann Film Festivalında gerçəkləşən dünya premyerasından sonra sürəkli alqışlarla qarşılanıb.

Türk iş adamı Efe Çakarel tərəfindən qurulan və ekran əsəsrlərinin alışları ilə tanınan MUBI filmin həm ABŞ, həm də beynəlxalq nümayiş hüquqlarını əldə edib. Məlumata görə, müqavilənin 23-24 milyon dollar civarında olduğu və filmin 45 günlük buraxılış zəmanəti ilə 1500 kinoteatrda nümayiş olunacağı bildirilib.

***

Yoxlama hüquqlarının satın alındığı ölkələrə Böyük Britaniya, İrlandiya, Almaniya, Avstriya, İsveçrə, İtaliya, İspaniya, Türkiyə, Hindistan, Avstraliya və Yeni Zelandiya daxildir. Bu alış ilin ilk böyük Kann alışı və MUBI tarixində ən böyük alışdır.

Ariana Harviçin 2017-ci ildə çıxan eyni adlı romanından uyğunlaşdırılan “Öl, mənim sevgim” doğuşdan sonrakı depressiyadan əziyyət çəkən gənc ananın psixotik prosesindən bəhs edir. Linn Remsinin film adaptasiyası Amerikanın kənarında cərəyan edir. Filmdə Cennifer Lourens yeni doğulmuş və sevgi ilə dəlilik arasında qalmış qadını canlandırır. Onun vəziyyətinə biganə qalan ərini Robert Pattinson canlandırır. Remsi Kannda sonuncu dəfə 2017-ci ildə Ən Yaxşı Ssenari Mükafatını qazanan Xoaqin Feniksin baş rolda oynadığı “Sən heç vaxt burda olmamısan” (“You Were Never Really Here”) filmi ilə iştirak edib.

Dünən film üçün mətbuat konfransında danışan Cennifer Lourens də öz analıq təcrübəsini və doğuşdan sonra yaşadığı duyğuları bölüşüb. “Mən ilk övladımı yenicə dünyaya gətirmişdim və doğuşdan sonrakı kimi bir çətin dövr yoxdur”, – deyib.

“Bu proses insanları son dərəcə tənha edir. Güclü narahatlıq və ağır depressiya sizi harada olursunuzsa olun, cəmiyyətdən təcrid edir. Özünüzü kənar adam kimi hiss edirsiniz”.

Tənqidçilər Lourensin filmdəki performansını yüksək qiymətləndirirlər. “Deadline”, “Amerika Cennifer Lourensin nə qədər yaxşı aktrisa olduğunu bilir. Bu performans onun beşinci Oskar nominasiyası ola bilər”, – yazarkən, “The Guardian”dan Peter Bredshou, “Lourens ərinin xəyanəti ilə bipolyar pozğunluğu daha da şiddətlənən bir qadın kimi möhtəşəm bir performans göstərib. Remsinin rejissorluğu son dərəcə güclüdür”.