
Azarkeşlərlə BARIŞdı?!
Milli futbolçu üzr istədi: “Əsas “Qalatasaray”dır”
Milli futbolçu üzr istədi: “Əsas “Qalatasaray”dır”
Azarkeşlər ulduz futbolçu sahəyə çıxacağı matçı səbirsizliklə gözləyir
“Qalatasaray”ın yeni transferi bütün zamanların rekordunu qırdı
“Qalatasaray” əfsanələrindən Ederson məsələsinə qoşuldu
“Qalatasaray” Sinqo mövzusunda qətiyyətlidir
“Qalatasaray”dan aşağı yaş qrupu futbolçularına Osimhen qaydası
“Qalatasaray” Barış Alper Yılmaz üçün böyük məbləğ hədəfləyib
Osimen transferinin hələ açıqlanmamasının səbəbi məlum oldu
Sarı-qırmızı klub iki banka olan 35 milyon borcunu ödədi
Keçmiş “Qalatasaray”lı Rusiya şaxtasına niyə dözmədi?
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
Azarkeşlər nigeriyalı ulduzu saxlamaq üçün səfərbər olunublar
İstanbul inlədi
“Qalatasaray” çempionluğunu aslanları ilə qeyd etdi
“Qalatasaray”ın keçmiş ulduzu Kapone çempionluq şənliyində
Çempion “Aslan” İzmirdə ciddiliyini qorudu
25-ci çempionluğunu elan etməklə embleminə 5-ci ulduzu taxan “Qalatasaray”da indi hər kəsi düşündürən bir sual var: Osimhen qalacaqmı? “Sarı-qırmızı” klub “Napoli”nin təyin etdiyi 75 milyon avroluq sərbəst qalma məbləğini həll edən cameədə bütün nəzərlər Viktor Osimhenə dikilib.
Transfer məsələsini sponsor dəstəyi ilə həll etməyə hazır olan rəhbərlik nigeriyalı hücumçunun cavabını gözləyir. Osimhen daha əvvəl kubok mərasimində “Yarım yarım” mahnısını ifa edəcəyini desə də, “Qalatasaray” cəbhəsinin planı fərqlidir. Sezən Aksunun ifa etdiyi və sözləri "Lütfən getmə, dur! Hələ ayrılmağa hazır deyiləm. Aramızda yarımçıq qalan şeylər var" adlı mahnı Osimhen üçün səsləndiriləcək. “Getmə” mesajı ilə şənliklərdə son kartını oynayacaq sarı-qırmızılılar ulduz futbolçunun qalması üçün hər cür şansı sınayır. “Qalatasaray”da 36 qol vuraraq (mövsümün bitməsinə 2 tur qaldığı üçün daha da arta bilər) karyera rekordunu qıran Osimhen kral tacını taxmaq üçün günləri sayır.
***
Qapıçısı, komandanın kapitanı və əfasnəsinə çevrilən Muslera ilə vidalaşmağa hazırlaşan "Qalatasaray"da qapıçı axtarışlarına başlanılıb. Fransanın “Nitsa” komandasının qapısını qoruyan Marçin Bulka namizədlərdən biridir. Klubla 1 illik müqaviləsini yeniləməyən Bulkanın maliyyə vəziyyəti müzakirə olunub. "Nitsa"nın iki rəqəmli transfer haqqı gözlədiyi öyrənilib. “Çelsi”nin gənclər akademiyasında 25 yaşı yetişən Bulkanın boyu 1,99 metrdir. Bu mövsüm 40 matçda meydana çıxan polşalı bir nömrə Çempionlar Liqası faktoru ilə bağlı “Qalatasaray”ın marağına müsbət yanaşır. Fransız klubu həmyerlisi Frankovski ilə də əlaqə saxlayan futbolçu üçün 15 milyon avro müqabilində danışıqlara başlayıb. Qalatasaray tərəfi bu məbləği 10 milyon avronun altına salmağa çalışır. Bundan əlavə, İspaniya mətbuatı “Defensa Central” Cim-Bomun Real Madridin 26 yaşlı ukraynalı qapıçısı Andrey Lunini nəzərdən keçirdiyini yazıb.
Marçin Bulka kimdir?
Doğum tarixi: 4 oktyabr 1999-cu il
Yaş: 25
Boy: 1.99
Ölkə: Polşa
Doğulduğu yer: Plock
Yetişdiyi klub: Çelsi
Ayaq: Sağ
Müqavilənin sonu: 30 iyun 2026-cı il
Bazar dəyəri: 20 milyon avro