Pekində turizm ofisi açıldı
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
11:28 | 29 may 2025 | Cümə axşamı
Məqaləyə 291 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
“Bir gün deyəcəyik ki, biz burada qalırıq və geri qayıtmırıq”
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Pekin “Böyük İpək Yolu”nun Mərkəzi Asiyadan keçən hissəsinə tam nəzarət etmək istəyir
Çin kosmosa “Tienvin-2” asteroid zondu göndərdiyini açıqlayıb. Çin Milli Kosmik İdarəsindən (CNSA) verilən açıqlamaya görə, zond səhər saatlarında “Uzun Yürüş-3B Y110” (“Long March-3B Y110”) raketi ilə Sıçuan əyalətindəki Siçang Orbit Mərkəzindən buraxılıb.
Buraxılışdan təxminən 18 dəqiqə sonra ötürmə orbitinə çatan zond günəş panellərini açıb.
Yerə yaxın olan “2016 HO3” asteroidindən qaya və torpaq nümunələrini toplayacaq zond Mars və Yupiter arasındakı əsas asteroid qurşağında yerləşən “311P” asteroidinin yaxınlığından keçərək onu tədqiq edəcək.
***
Bir il ərzində 2016 HO3-ə çatdıqdan sonra Tienvin-2 asteroidin orbitində müşahidələr aparacaq və daha sonra qaya və torpaq nümunələrini toplamaq üçün onun səthinə enəcək.
Topladığı nümunələrlə 2027-ci ilin sonunda Yerə dönməsi planlaşdırılan rover, nümunələri əhatə edən kapsulu orbitdə tərk edəcək və daha sonra yeni kəşfiyyat missiyası üçün 311P-ə keçəcək.
Bir neçə il davam edəcək səyahətdən sonra rover Mars və Yupiter arasındakı əsas asteroid qurşağına çatacaq və orbitində müşahidələr və araşdırmalar aparacaq.
***
2016-cı ildə ABŞ-ın Havay ştatındakı Haleakala Rəsədxanasında Pan-STARRS Teleskopu tərəfindən kəşf edilən 2016 HO3 asteroidi Yerdən milyonlarla kilometr uzaqda olmasına baxmayaraq, Yerlə eyni vaxtda Günəş ətrafında fırlandığı üçün kvazipeyk xüsusiyyətləri nümayiş etdirir.
Asteroidin toqquşma nəticəsində Yerin peyki olan Aydan qopan iri qaya parçası olduğu təxmin edilir.
2013-cü ildə Pan-STARRS Teleskopu tərəfindən kəşf edilən 311P peykinin əsas asteroid qurşağında yerləşməsinə baxmayaraq, kometaların xüsusiyyətlərini vizual olaraq göstərən anomaliya olduğu bilinir.
Asteroidə bənzər orbitə sahib olan göy cisminin quyruğa bənzər uzantılarının fırlanma sürəti ilə əsas hissədən kənara atılan, digər cisimlərdən qalan materialların yığılması nəticəsində əmələ gələn materiallar olduğu təxmin edilir.
Proqnozlaşdırılır ki, bu göy cisimlərinin tədqiqi kiçik kosmik obyektlərin tərkibi, quruluşu və təkamülü ilə bağlı təqdim edəcəyi yeni məlumatlar ilə Günəş Sistemini tədqiqindəki boşluqları doldurmağa kömək edəcək.
***
Çinin asteroidə yaxınlaşmaq üçün ilk missiyası kəşfiyyat peyki “Chang'i 2” Ay ətrafında fəaliyyətini tamamladıqdan sonra başladığı dərin kosmos səyahətində olub. “Chang'i 2” 2012-ci ildə Apollon asteroid qrupuna daxil olan “4179 Toutatis” asteroidinin yaxınlığından keçib.
Çin dilində “göylərdə həqiqəti axtarmaq” mənasını verən “Tienvın” missiyaları öz adını eramızdan əvvəl IV əsrdə yaşamış Çin şairi Qü Yüenin misralarından götürür.
Çin 2020-ci ilin iyul ayında peyk və bir rover robotdan ibarət Mars kəşfiyyat missiyası “Tienvın-1”i “Qırmızı Planet”ə göndərdi. Roverlər 202 günlük səyahətdən sonra Marsın orbitinə çatdı, robot-rover “Cuong” isə planetin səthinə endi.
2028-ci ildə kosmosa göndərilməsi planlaşdırılan “Tienvın-3” missiyasının məqsədi “Qırmızı Planet”dən qaya və torpaq nümunələrinin toplanmasıdır.