Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
02:16 | 19 may 2014 | Bazar ertəsi
Məqaləyə 2371 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
ATƏT-in Minsk Qrupunun başqa bir həmsədr dövlətinin rəhbəri Ermənistanı kiçik bacısı adlandıran Fransanın lideri Olland Qafqazda oldu. Mühüm faktdır ki, Avropanın, dünyanın ən nüfuzlu dövlətlərindən birinin başçısı cəmi iki il ərzində Azərbaycana artıq ikinci dəfə gəlir.
Bu, ondan xəbər verir ki, Azərbaycanın
hesablaşması nüfuzu var. Hələ üstəlik bu ali qonaq Azərbaycanın iqtisadi
inkişaf tempinin Avropa üçün belə qibtə doğuracaq olduğunu səmimiyyətlə etiraf
edirsə, onda bura əlavə etməyə ehtiyac qalmır.
Fransa Prezidentinin Azərbaycana səfəri
bizdən ötrü həm də onun Ermənistana xüsusi təsirinin olması amili ilə
maraqlıydı. Düşünürəm ki, Bakıdan-İrəvana yola düşən qonağın əlinin duzunu bir
az sonra görəcəyik. Rəsmiyyət barədə bu qədər. İndi isə mən iki Fransa
prezidentinin Azərbycana səfərini tutuşdurmaq istəyirəm. Ortada fərqlər var.
Beləliklə, 2011-ci ilin payızı.
Prezident Nikola Sarkozi Azərbaycana gəlir.
Sarkozi Azərbaycan əsgərini demək olar
ki, saya salmadan keçir və gedir. Şəhidlər Xiyabanımıza baş çəkmir və atüstü
bir təbəssüm. Bununla da hər şey sona varır.
Bu isə artıq 2014-cü ilin səfəridir.
Prezident Fransua Olland. O, özgə məscidinə öz qaydaları ilə soxulmur. Tam bir
diplomatik səliqə İlə, nəzakətlə Azərbaycanın bayrağına və əsgərinə hörmətlə
davranır.
Nikola Sarkozinin baş çəkmədiyi Şəhidlər
Xiyabanına baş da çəkir, bu başı hələ ehtiramla əyir də. Olland bilir ki,
normal dövlət başçısı belə yerdə özünü necə aparmalıdır.
Fransa prezidenti Azərbaycanda ağac da əkir. Əmindir ki, nə əkəcəksə, onu da biçəcək.