Araqçı xain elan edildi
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
10:10 | 25 iyul 2025 | Cümə
Məqaləyə 1210 dəfə baxılıb
Şriftin ölçüsü
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
ABŞ-ın Nyu-York ştatında yaşayan 55 yaşlı Maykl Qann (Michael Gann) süni zəka köməyi ilə bomba hazırlayıb.
Federal prokurorların açıqlamasına görə, Qann “Long İsland”da 7 ədəd əl istehsalı bomba hazırlanmasını “barıt almaqdan daha asan” kimi qiymətləndirib.
Məhkəmə sənədlərinə əsasən, Qann hazırladığı bombaları “Long Island”dan Manhettenə daşıyıb. Beş bomba və dörd ov tüfəngi patronu Soho məhəlləsində bir binanın damında gizlədilib. Rəsmi mənbələr, Qannın patronları partlayıcılarla birləşdirərək daha güclü partlayış planlaşdırdığını bildirir.
***
Qannın hərəkətləri sadəcə fiziki hazırlıqla məhdudlaşmayıb. Martın 27-də sabiq ABŞ Prezidenti Donald Trampın “X” hesabına göndərdiyi mesajda “Nyu Yorkda düşünürəm... Buraya bomba atardınız?” sözlərini yazıb. Təxminən beş həftə sonra “Instagram”da “Sabah olmayacaqmış kimi oynamağa çıxmaq istəyən varmı?” paylaşımı etdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
İstintaqda Qann bomba hazırlamağı süni zəka vasitəsilə öyrəndiyini etiraf edib. Kimyəvi maddələri internetdən aldığı, hansı maddələri qarışdıracağını isə süni zəka proqramından öyrəndiyini söyləyib. Hazırladığı bombalardan birinin içində 30 qram partlayıcı olub ki, bu da ABŞ-da fişəng üçün qanuni limiti təxminən 600 dəfə üstələyir.
FTB Nyu-York Bürosunun rəhbəri Kristofer Rayya (Christopher Raia) açıqlamasında Qannın Manhettendə mülki şəxslər üçün ciddi təhlükə yaratdığını, lakin hüquq-mühafizə orqanlarının birgə əməliyyatı sayəsində heç kimin zərər görmədiyini vurğulayıb.
***
Prokurorluq sənədlərinə görə, Qann əvvəlcə dörd bomba hazırlayıb, onlardan üçünü Uilyamsburq körpüsündən atıb. İki bomba çaya düşüb, biri isə metro relslərinə düşüb və təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
İyunun 5-də çiyin çantası ilə gəzərkən saxlanılan Qann həmin vaxt bombaları yanğın xidmətinə təhvil vermək istədiyini söyləyib. Lakin sorğuda bütün ittihamları qəbul edərək bomba hazırlamaq üçün süni zəka proqramından istifadə etdiyini etiraf edib.
Nyu-York Cənubi Rayon Baş Prokuroru Cey Kleyton (Jay Clayton), “Qannın damda yerləşdirdiyi bombalar və relslərə atdığı partlayıcılar yüzlərlə insanın həyatını təhlükəyə atdı”, – deyib.
Qann hələ məhkəməyə çıxarılmayıb. Vəkili isə proseslə bağlı mediaya açıqlama verməkdən imtina edib.