
Almaniyalı mütəxəssislər xəbərdarlıq edir
“Əgər ehtiyat tədbirləri görülməsə, on minlərlə insan istidən ölə bilər”
“Əgər ehtiyat tədbirləri görülməsə, on minlərlə insan istidən ölə bilər”
Qitə həddindən artıq isti dalğası altında inildəməkdə davam edir
Həddindən artıq istilərin sağlamlığa təsiri 5 sualda
Adalar risk altındadır
Bu həftə sonu temperaturun 36 dərəcəyə yüksələcəyi Fransada xəbərdarlıq yayılıb
Qitə sürətlə yay istisinə keçir, həftə sonu çox çətin ola bilər
Almaniya mütəxəssisləri həddindən artıq temperaturla bağlı xəbərdarlıq edir
Səbəblər, müqayisələr və həll yolları
“The Washington Post”: “İran Azərbaycanda yəhudi liderini öldürməyə cəhd etdi”
Məşhur restoran da söküləcək
Dünyada hər beş nəfərdən biri iqlim dəyişikliyinin təsirini hiss edir
Qəribə təbiət hadisələri – Saharada leysan, Ərəbistanda qar yağması ciddi düşünməyə əsas verir
XIII əsr İtalyan dənizçinin Bakı haqqında qeydləri
Nuru Paşanın adını guya əbədiləşdirdik, qalmışdı Lindley ...
13 əyalətdə isti hava ilə əlaqədar xəbərdarlıq edilib
“Həqiqətin onomastikası” ingilis dilində işıq üzü görüb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin axşam dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 18-22, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.