Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
12:11 | 30 iyun 2014 | Bazar ertəsi
Məqaləyə 1945 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Türkiyədə polislə Azərbaycan səfirliyinin yüksək rütbəli əməkdaşı arasında əlbəyaxa dava baş verib. Virtualaz.org saytı Türkiyə mənbələrinə istinadən xəbər verir ki, hadisə Ankarada olub.
Nəqliyyat polisi Ankarada patrul xidməti həyata keçirərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozan və ötmə qaydalarına əməl etməyərək qəza vəziyyəti yaradan diplomatik nömrə nişanlı avtomobili saxlayıb. Polis sürücüdən sənədləri tələb edib.
Sürücü Azərbaycanın Türkiyədəki səfirliyində diplomat olduğunu bildirib, diplomat olduğunu göstərən sənədləri göstərib. Daha sonra sürücü özünün və avtomobilinin diplomatik immunitetə malik olduğunu bəyan edərək polisin onu saxlamağa ixtiyarının olmadığını deyib və yoluna davam etmək istəyib.
Lakin polislər diplomata bildiriblər ki, yol hərəkəti qaydalarının pozulması barədə protokol yazmadan avtomobili buraxa bilməzlər. Azərbaycanlı diplomat buna qəzəblənib, diplomatik qaydalara görə, özünün və avtomobilinin toxunulmazlığının olduğunu bir daha bildirib və polislərə sərt reaksiya verib.
Nəticədə polislə diplomat arasında mübahisə başlayıb, mübahisə böyüyüb və diplomatla polislər arasında qısamüddətli əlbəyaxa süpürləşməyə keçib.
Davanın ardınca azərbaycanlı diplomat hadisə yerindən uzaqlaşıb, Azərbaycan səfirliyi ilə əlaqə saxlayaraq hadisə barədə məlumat verib və «polislər tərəfindən döyüldüyünü» bildirib.
Azərbaycan səfirliyi dərhal Türkiyənin Xarici İşlər Nazirliyi ilə təmasa keçərək hadisə haqda məlumat verib. Səfirlik diplomatın kobud rəftara məruz qalması və döyülməsi barədə şikayətçi olduğunu çatdırıb.
Türkiyə XİN əməkdaşları dərhal məsələ ilə bağlı nazirliyin rəhbərliyini məlumatlandırıb. Daha sonra nazirliyin rəsmiləri Azərbaycan səfirliyi ilə əlaqə yaradaraq bu hadisənin ən xırda detallarına qədər araşdırılacağını bildiriblər və diplomatdan dəfələrlə üzr istəyiblər.
Türk rəsmilərinin üzrlərindən sonra insidentdə iştirak edən diplomat və Azərbaycan səfirliyi şikayətdən vaz keçiblər. Bununla da insidentin iki ölkə arasında diplomatik gərginliyə səbəb olmasının qarşısı alınıb.