Rusiya rəsmlərindən Putinə xəbərdarlıq
Müharibə xərcləri ölkəni iflasa aparır
20:10 | 10 avqust 2014 | Bazar
Məqaləyə 2449 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Dövlət başçısı bu barədə sərəncam imzaladı
Türkiyənin «Hürriyyət» qəzetinin yazdığına görə, Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçi şəhərində Azərbaycan və Ermənistan dövlət başçıları yeni Qarabağ savaşı başlamayacaqlarına söz veriblər.
Putin bildirib ki, Azərbaycan dövlət başçısı İlham Əliyevin mövcud problemin sülh yolu həll olunmasını deməsini məmnuniyyətlə qarşılayır: «Ermənistan dövlət başçısı Sərkisyanın da buna həmfikir olması çox önəmlidir. İki ölkə liderindən eşitdiyim bu ifadələr Sovetlər Birliyi zamanından miras qalan Dağlıq Qarabağ münaqişəsinin masa arxasında çözülməsinə şans yaradır».
Putin «Mən də problemin həllinin çox uzanmasının fərqindəyəm» deyərək bildirib ki, münaqişənin həlli üçün ATƏT-in Minski Qrupu çalışır.
«Təbii, biz Rusiya olaraq həm coğrafi yaxınlıq, həm də Azərbaycan və Ermənistanla tarixi əlaqələrimizə dayanaraq yeni təşəbbüslər irəli sürməyə çalışacayıq» - deyə Rusiya lideri bildirib.
«Hürriyyət» qəzeti görüşdə gərginlik yaşandığını yazır. Qəzet bildirir ki, Əliyev və Sərkisyan »yeni bir savaş yerinə sülh yoluyla həllin tərəfindəyik» demələrinə baxmayaraq aralarında yenə də söz atışması oldu.
Əliyev son günlərdəki gərginliyi və Qarabağ məsələsinin 20 ildən bəri həll olunmamasından narahatlığını dilə gətirərək «BMT TŞ illər öncə işğal altındakı Azərbaycan torpaqlarının Erməni qüvvələri tərəfindən boşaldılması haqqında qətnamə verib. Ermənistan BMT TŞ-in bu qətnaməsini hələ də niyə yerinə yetirmir?» deyə bildirib.
Əliyevə cavab verən Sərkisyan isə «BMT TŞ-in Qarabağ məsələsi ilə bir deyil, tam dörd qətnamə var. Bəs Azərbaycan bu qərarlardan hansının yerinə yetirdiyini bizə söyləyə bilər» deyib.
«Hürriyyət» yazır ki, üçlü görüşdə Azərbaycan və Ermənistan liderlərinin bir-birini günahlandıran açıqlamaları gərginliyin daha da artmasına səbəb oldu. Ancaq Sərkisyan son sözlərinin tərzini yumşaldaraq «Mən Ermənistan dövlət başçısı kimi xalqımın adından yenə İlham Əliyevə təşəkkür etmək istəyirəm. Münaqişənin həlli üçün güc yoluna üstünlük vermək istəmədiklərini söyləməsi hamımız üçün ümid vericidir» deyə fikrini ifadə edib.