Rusiya rəsmlərindən Putinə xəbərdarlıq
Müharibə xərcləri ölkəni iflasa aparır
19:51 | 20 avqust 2014 | Çərşənbə
Məqaləyə 1526 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Dövlət başçısı bu barədə sərəncam imzaladı
Ermənistanın dövlət başçısı Serj Sərkisyanın BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin indiyədək icra olunmamasında Azərbaycanı günahlandırması məsuliyyəti İrəvanın üzərindən atmaq cəhdi və təxribatdan başqa bir şey deyil. Bu barədə Rusiyanın «Tribuna» qəzetinin dərc etdiyi «Təhlükəli dezinformasiya» başlıqlı məqalədə bildirilir.
Müəllif Alesya Dovlatova yazır: «Serj Sərkisyanın səsləndirdiyi kimi bəyanatlara el arasında «oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı» deyirlər. Böyük siyasətdə isə bunun adı təxribatdır. Lakin məsələ ondadır ki, Ermənistan prezidenti bu təxribatçı bəyanatları haradasa İrəvanda və ya Gümrüdə öz tərəfdarlarının mitinqində deyil, Rusiyanın Soçi şəhərində, Rusiya və Azərbaycan prezidentləri ilə görüşdə səsləndirib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş bu görüşdə Rusiya vasitəçiliyi öz üzərinə götürmüşdü. Bu isə o deməkdir ki, Sərkisyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini belə başa düşməsi bizim üçün də problemə çevrilə bilər».
Rusiyalı jurnalist qeyd edir ki, bu yaxınlarda Soçidə aparılmış danışıqlarda prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının hələ 20 il əvvəl erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə çıxardığını xatırladıb. Serj Sərkisyan isə cavab olaraq deyib ki, «qətnamənin tələbinə riayət edən tərəf varsa, o da Ermənistandır, çünki o, hərbi əməliyyatların dayandırılması üçün öz təsir imkanlarından istifadə edib».
«Ermənistan prezidentinin nümayişkaranə şəkildə səsləndirdiyi versiyaya görə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhz Azərbaycan əməl etmir. Lakin axı Azərbaycan bu qətnamələrin dinc yolla icrasına necə səbəb ola bilərdi? Yoxsa o, özünün qanuni torpaqlarından ümumiyyətlə əl çəkməli idi? Bəlkə torpaqlarının iyirmi faizini qonşuya bağışlamalı idi?» - deyə jurnalist soruşur.
A. Dovlatova hesab edir ki, S.Sərkisyan belə təxribatçı bəyanatlar verməklə Rusiyanı öz yaxın müttəfiqləri ilə təhlükəli oyuna sürükləməyə çalışır. Müttəfiqlər sırasına isə müəllif təkcə Avrasiya İttifaqına qoşulmağı hazırlaşan Ermənistanı deyil, həm də Rusiya ilə «gerçək mehriban münasibətlər» quran, «rus məktəblərini və qəzetlərini bağlamayan, «sovet işğalı muzeyləri» yaratmayan və ümumiyyətlə antirusiya təbliğatı aparmayan, əksinə uğurlu siyasi islahatlar yürüdən, on il ərzində böyük iqtisadi uğurlara nail olan» Azərbaycanı aid edir. «Bu gün Azərbaycan Rusiyanın vacib siyasi və iqtisadi tərəfdaşıdır» - məqalədə vurğulanır. (İnterfaks-Azərbaycan)