Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
00:37 | 20 dekabr 2014 | Şənbə
Məqaləyə 2959 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyada rublun kəskin ucuzlaşması Azərbaycandan olan maşın alverçiləri üçün əla fürsət yaradıb.
Virtualaz.org saytı xəbər verir ki, indi onlar kütləvi şəkildə Dağıstana axışır və əllərinə keçən Rusiya istehsalı avtomobilləri alıb gətirirlər.
«Kavkazskiy uzel» Mahaçqalanın bir neçə iri avtosalonunda və maşın bazarında araşdırma aparıb. Məlum olub ki, dilerlər köhnə qiymətlərlə aldıqları xarici markalı avtomobilləri satıb qurtarmaq üzrədir, yeni avtomobillər isə gələn ilin may ayına qədər gətirilməyəcək.
Hazırda rublun ucuzlaşmasına görə Rusiyanın avtomobil bazarında tələbat kəskin artıb. Mahaçqaladakı avtosalonlardan birinin sahibi deyib ki, yaxın vaxtlarda yeni avtomobillərin gətiriləcəyini gözləmir. Əvvəl gətirilənlərin isə hamısı satılıb, anbarlar boşdur.
«Əsas axın bu həftə baş verdi. Kütləvi şəkildə avtomobilləri aldılar, anbarlar boşaldı. Çoxları hətta qiymətindən yuxarı pul təklif edirdi ki, avtomobil ala bilsin. Son iki gündə kütləvi şəkildə Azərbaycan vətəndaşları gəldi və Rusiya istehsalı olan avtomobilləri aldı. Onların əsas tələbatı «Priora» avtomobillərinədir. Qiymətlər sıçrayışla artandan sonra bu modelin qiyməti Dağıstan avtosalonlarında 600 min rubl olub. Hazırda Dağıstan avtosalonlarında bir dənə də bu maşından qalmayıb» - deyə diler bildirib.
«Priora» avtomobillərinin qiyməti Azərbaycan bazarında 14 min ABŞ dollarına yaxındır. Rusiyada rublun kəskin ucuzlaşmasından sonra Dağıstanda bu maşınların qiyməti kəskin artıb 600 min rubl təşkil etsə də azərbaycanlı maşın alverçiləri üçün yaxşı qazanc imkanı var.