
Putin cangüdənlərinə inanmır
“Sui-qəsd qorxusu Rusiya prezidentinin Kremldən çıxmağa qoymur”
“Sui-qəsd qorxusu Rusiya prezidentinin Kremldən çıxmağa qoymur”
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama boşanma şayiələrinə aydınlıq gətirdi
... Yaxud 9 May paradına qatılıb-qatılmamaq niyə prinsipial məsələyə çevrilib?
Bolton Rusiyanın Ukrayna ilə kifayətlənməyəcəyini deyir
... Yaxud Putini narahat edən və qıcıqlandıran məsələ
Səhmlər Ermənistanda yerləşən “Balchug Capital” şirkətinə veriləcək
Son illərin ən böyük çağırışı
Müharibəyə hazırlıq xəbərlərinin arxasındakı məkrli dəst-xətt
160 min nəfərin orduya cəlb edilməsi gözlənilir
Rusiyanı sarsıdan hadisə; Zelenski tezliklə öləcəyini demişdi
Putin Rusiyaya yaxşı baxıbmı?
Lavrovun siyahısındakı “xidmətlər” hansılardır?
Boris Conson da Trampdan üz döndərdi
İstənilən halda, Rusiya bu məsələdə uduşsuzdur.
Aprelin 1-dən 2-nə keçən gecə çoxlarının unutduğu Dağlıq Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasında tammiqyaslı müharibə fazasına keçdi. Transatlantik liderlər döyüşlərin dayandırılmasına və münaqişənin dinc yolla nizamlanması yollarını axtarmağa çağırdılar. Rusiya prezidenti Vladimir Putin isə əksinə, ölkəsinin beynəlxalq imicini möhkəmləndirmək, Azərbaycan və Ermənistanı Qərbdən qoparmaq üçün qətiyyətli addımlar atmağa başladı.
Bu fikirlər ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş həmsədri, Atlantic Counsil-in elmi əməkdaşı Metyu Brayzanın «The Washington Post» qəzetində dərc edilmiş məqaləsindən götürülüb.
Virtualaz.org xəbər verir ki, Brayza məqaləsində 2006-2009-cu illərdə Minsk Qrupunun həmsədri olarkən Rusiya ilə ABŞ arasında münaqişənin nizamlanmasına dair danışıqlarda konstruktiv əməkdaşlığın olduğunu yazır. Onun bildidiyinə görə, həmkarı Yuri Merzlyakov rəisi Sergey Lavrov kimi həmişə konstruktiv idi. Onlar mühüm görüşlərdən əvvəl toplaşıb bir neçə saat «beyin fırtınası» edirdilər. 2008-ci ilin avqustunda Gürcüstana müdaxiləyə görə Rusiya ilə ABŞ arasında münasibətlər kəskinləşsə də bu, Qarabağa dair əməkdaşlığa təsir etməmişdi.
«Ona görə də mən Vaşinqtonla Moskva arasında son günlər baş verən hadisələr zamanı Dağlıq Qarabağa dair əməkdaşlığın olmamasından heyrətə gəldim. Minsk Qrupunun ruhunda birgə, razılaşdırılmış səylər göstərmək əvəzinə Putin təkbaşına hərəkət etdi. Ola bilsin o, vitse-prezident Cozef Baydenin Vaşinqtondakı nüvə sammiti zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda görüşüb Qarabağa dair sülh prosesini canlandırmaq səylərinə zərbə vurmaq istəyirdi. Yaxud ola bilsin Putin Sərkisyan və Əliyevin nüvə sammiti çərçivəsində Obama ilə görüşlərindən hiddətlənmişdi» - Metyu Brayza yazır.
Keçmiş səfirin məqaləsində deyilir ki, istənilən halda Putin hərbi əməliyyatları dayandırmaq üçün intensiv diplomatiya həyata keçirdi, Obamanın isə hadisələrə hər hansı maraq göstərmədiyi üzə çıxdı. Hətta Ağ Ev rəsmi bəyanat da vermədi. Dövlət Departamentinin reaksiyası sönük idi,dövlət katibi Con Kerrinin indiki hadisələrin misli görünməmiş xarakterini əks etdirməyən bəyanatıa, habelə Kerri ilə Lavrov arasında intensiv məsləhətləşmələrə istinaddan başqa heç nə deyidi.
«Putin isə əksinə, Əliyev və Sərkisyanla dəfələrlə məsləhətləşmələr apardı, Rusiyanın xarici işlər və müdafiə nazirləri İrəvan və Bakıdakı həmkarları ilə fəal təmaslar qurdular. Nəticədə aprelin 5-də Rusiya ordu qərargahında Azərbaycan və Ermənistan hərbçiləri arasında atəşkəs razılaşması əldə olundu. Bu razılaşmada Minsk Qrupunun birbaşa iştirakı təmin edilməmişdi» - Metyu Brayza xatırladır.
Keçmiş diplomatın fikrincə bu hərəkətlər sayəsində Putin iki mühüm nəticə əldə edir: birincisi, Rusiya beynəlxalq imicini möhkəmləndirir və Qarabağda müharibəni dayandırmaq gücündə olan yeganə ölkə olduğunu nümayiş etdirir. İkincisi, Azərbaycan və Ermənistan rəhbərlərində belə qənaət yaranır ki, Rusiya Cənubi Qafqazda atəşi təkbaşına dayandıran gücdür.
Brayza hesab edir ki, Putin hərbi əməliyyatları dayandırmaqla Azərbaycanın Avrasiya İttifaqına və KTMT-yə üzvlüyü üçün də təzyiqləri artırıb. Beləliklə, Putin Azərbaycan və Ermənistanı qərbdən uzaqlaşdırıb öz tərəfinə çəkməklə gələcək böhranların əsasını qoyur, Vaşinqton isə bunu müşahidə etməklə kifayətlənir.