Rusiya rəsmlərindən Putinə xəbərdarlıq
Müharibə xərcləri ölkəni iflasa aparır
16:06 | 10 may 2016 | Çərşənbə axşamı
Məqaləyə 2443 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Qarabağ məsələsinə görə Bakıya səfər edəcəyinə dair haqqin.az və virtualaz.org saytlarının yaydığı məlumat başqa mənbələr tərəfindən də təsdiqlənir. Yeni məlumata görə Putinin Bakıya gözlənilən səfəri mayın sonlarına qədər baş tutacaq.
Bu haqda «İnterfaks-Azərbaycan» agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Xatırladaq ki, ötən həftə sonu Moskvadakı mötəbər mənbələrdən haqqin.az saytına Putinin Bakıya səfərə hazırlaşdığı haqda məlumat daxil olmuşdu. Məlumata deyilirdi ki, Putinin təyyarəsi Bakıya uçmaq üçün hazırlanır, ancaq səfərin dəqiq vaxtı Azərbaycan rəhbərliyi ilə aparılan məsləhətləşmələrdən sonra bilinəcək. Mənbə Rusiya prezidentinin səfərinin Qarabağ məsələsi ilə bağlı olduğunu və bu səbəbdən Ermənistanla da məsləhətləşmələrin aparıldığını bildirmişdi.
Daha sonra Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupundakı mənbələr Putinin Bakıya səfərinə hazırlıq getdiyini təsdiqləyib. Mənbələr deyiblər ki, səfər yaxın günlərdə gözlənilirdi, ancaq bir qədər təxirə salınıb.
İndi «İnterfaks»a məlumat verən mənbə də Putinin səfərinin mayın sonlarından gec olmayaraq baş tutacağını, Rusiya prezidentinin İrəvana da səfər edəcəyini bildirib. «Səfərin məqsədi çox güman ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması və təmas xəttində baş vermiş son hadisələr olacaq» - mənbə bildirib.
Xatırladaq ki, aprelin əvvəllərində Qarabağda gedən döyüşlərin dayandırılmasından sonra Rusiya prezidenti Ermənistan və Azərbaycan rəhbərləri arasında danışıqların bərpa edilməsi üçün şəxsən təşəbbüs göstərib, bu məqsədlə Kreml bütün diplomatik rıçaqları işə salıb. Lakin Azərbayca rəhbərliyi danışıqların bərpasına hazır olsa da Ermənistan prezidenti Serj Sərkisyan nümayişkarənə şəkildə danışıqlardan imtina edib. Hazırda Ermənistan tərəfi danışıqların bərpası üçün ağlasığmaz şərtlər irəli sürür. Ermənistanın bu davranışı Rusiya prezidentinin sülhməramlı missiyasının iflasa uğramasına səbəb olub və belə görünür ki, Putin bu vəziyyətlə hesablaşmaq niyyətində deyil.