
Putin cangüdənlərinə inanmır
“Sui-qəsd qorxusu Rusiya prezidentinin Kremldən çıxmağa qoymur”
“Sui-qəsd qorxusu Rusiya prezidentinin Kremldən çıxmağa qoymur”
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
... Yaxud 9 May paradına qatılıb-qatılmamaq niyə prinsipial məsələyə çevrilib?
Bolton Rusiyanın Ukrayna ilə kifayətlənməyəcəyini deyir
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq mühiti yaradır
Mixail Saakaşvili: “Dövlətlərin öz ləyaqətini qorumaq davranışı prinsipinin yaradıcısıdır”
Belarus prezidenti Aleksandr Lukaşenkonun yaxın bir aya bir neçə əhəmiyyətli görüşü nəzərdə tutulub. Virtualaz.org xatırladır ki, A.Lukaşenko 28-29 noyabrda İlham Əliyevlə danışıqlar aparmaq üçün Azərbaycana gəlməlidir. Eyni zamanda, məlum olub ki, əvvəlcədən elan olunmasa da, Lukaşenko həm də Moskvaya səfərə hazırlaşır.
Qeyd edək ki, bu səfərlər Moskva ilə Minsk arasında indiyə qədər həll edilməmiş neft-qaz mübahisəsi fonunda reallaşacaq. Rusiya qazı üçün Belarus ödənişləri mövzusu həm Rusiya, həm də Belarus KİV-ləri tərəfindən çox aktiv müzakirə edilir. Bu da təbiidir: elan edilmiş dedlayn bitib, amma ödənilməmiş 280 milyon dollardan indiyə qədər xəbər yoxdur. Bəzi mənbələrə görə, Minsk ödəniş üçün növbəti dəfə möhlət istəyib.
Qeyd edək ki, Minskin borcuna görə Rusiya üçüncü rübdə Belarusa neft çatdırılmalarının 3,5 milyon tona qədər ixtisarı haqda qərar qəbul edib. Üstəlik, həmin qərarın dördüncü rüb üçün də qüvvədə olacağı bildirilib. Belarus Azərbaycandan neft nəqlini məhz bundan sonra bərpa edib.
Xatırlayırsınızsa, oktyabrın 19-da axşam Supsa limanından gələn və Belarus üçün nəzərdə tutulmuş 84,7 min ton Azərbaycan nefti ilə dolu ALHANI tankeri Odessa limanında saxlanılmışdı. Rusiya ekspertləri hələ onda qeyd edirdilər ki, Azərbaycan neftinin Belarusa çatdırılması belə, bu ölkənin ehtiyaclarını ödəməyəcək və Minsk yenə də Rusiya çatdırmalarından asılı olacaq.
Eyni zamanda, Lukaşenkonun Bakıya qarşıdakı səfərini şərh edən bir sıra Belarus ekspertləri ehtimal edirlər ki, burada söhbət Rusiya qazının haqqının ödənişi üçün Belarusun Azərbaycandan növbəti kredit istəməsi haqda gedəcək. Belə bir hal 2010-cu ildə artıq olub və Minsk Bakıdan 200 milyon dollar alaraq Rusiya qazının haqqını ödəyib.
Ekspertlər Bakıda Lukaşenko ilə Əliyevin danışıqlarının daha bir mümkün vacib məqamı kimi, nəql olunan Azərbaycan neftinin həcminin artırılmasını göstərirlər – hansı ki, Belarusun Moskvadan asılılığını azalda bilər.
Bu səbəbdən, Lukaşenkonun Moskvaya planlaşdırılmamış səfəri haqda üzə çıxmış informasiya marağa səbəb olub. Yeri gəlmişkən, 3 noyabrda Moskvada yüksək vəzifəli mənbə Rusiya jurnalistlərinə bildirib ki, Aleksandr Lukaşenko ilə Vladimir Putinin görüşünün təşkili üçün zəruri iş gedir.
"Gündəlikdə belə görüş- Lukaşenkonun bura gəlişi durur", - deyə mənbə qeyd edib...
Belarus KİV-i qeyd edir ki, Minskin sonrakı energetika siyasəti Lukaşenkonun ilk növbədə kimin –Əliyevin və ya Putinin yanına gedəcəyindən asılı olacaq.