
“Ticarət müharibəsi gedir”
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Dərmanlara 100, mebellərə 50 faiz gömrük rüsumu
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
Ağır yük maşınlarının idxalına 25% gömrük rüsumu tətbiq ediləcək
Donald Trampın seçkilərdəki qələbəsindən sonra sarsıdıcı zərbə alaraq nokdaun vəziyyətinə düşmüş ABŞ-dakı erməni diasporu nokaut olmamış özünə gəlməyə başlayıb. Seçkidən əvvəl və seçkilər dövründə bütün ümidlərini demokratlara bağlayan və onların namizədi Hillari Klintona hərtərəfli dəstək verən ABŞ erməniləri məğlubiyyətdən sonra bütün nifrətlərini yenidən Azərbaycana və Türkiyəyə qarşı yönəldiblər.
Bunu onların seçkilərdən sonrakı ilk addımları və bəyanatları da sübut edir.
Görünür, bu bir növ keçid dövrü üçün lazım idi: əvvəl hakimin 10-a qədər sayıb qurtarmasını gözləmək, qalxmaq və göstərmək ki, hər şey qaydasındadır, Tramp haqqında sonra danışacağıq, hələlik isə qədim və əzəli düşmənlər var, onlar haqqında düşünmək daha asandır.
Və budur: Amerikanın Erməni Məclisi ABŞ-ın yeni Konqresinin üzvlərini «avtoritar rejimlər hökm sürdüyünə görə» Türkiyə və Azərbaycan üzrə əlaqədar komitələrin tərkibindən çıxmağa çağırıb.
Təşkilatın çağırışında xüsusi qeyd olunur ki, bu il-bir müddət əvvəl Azərbaycan dinc erməni sakinlərinə hücumlara təşəbbüs göstərib» və bu «türk hərbçilərinin dəstəyini» alıb.
Erməni KİV-i Məclisin həmsədrləri Entoni Barsamyanın və Vana Krikoryanın sözlərindən sitat da gətirir: «İndi Türkiyə və Azərbaycanla bağlı ABŞ-ın siyasətini təkrar gözdən keçirməyin əsl vaxtıdır».
«Buna görə də biz Türkiyə və Azərbaycan üzrə komitələrin üzvlərini israrla onları dəstəkdən imtinaya və belə iyrənc aktlara qarşı çıxış etməyə çağırırıq», - deyə həmsədrlər bildiriblər.
Bu ilin aprel hadisələrini Azərbaycan vətəndaşlarına xatırlatmağa ehtiyac yoxdur. Hamı nəyin və necə baş verdiyini bilir. Azərbaycan ərazilərini işğal etmiş erməni qoşunları növbəti dəfə Azərbaycanın mövqelərinə və dinc kəndlərinə atəş açmağa başladı. Atəşə cavab verən Azərbaycan qoşunları əks-hücuma keçdi və 2000 hektardan çox torpağı azad etdi. Üstəlik, ermənilərdən geri qaytardığı yüksəkliklər sayəsində daha böyük ərazini nəzarət altına aldı.
Amerikanın Erməni Məclisi, başqa erməni təşkilatları kimi, Türkiyə və Azərbaycana qarşı müxtəlif növ sanksiyaya çağırmağa üstünlük verərkən nədənsə öz tarixi vətənləri Ermənistanı – harada ki, iyulda girovlar götürən və üç polisi öldürən terrorçular hətta amnistiya ilə həbsxanadan çıxa bilərlər, - unudur.
Bəlkə Azərbaycan və Türkiyə diasporlarının da Amerika Konqresi üzvlərini Ermənistan üzrə komitənin tərkibindən çıxmağa, avtomatlarla gəzən və terrorla məşğul olan adamların milli qəhrəman hesab edildiyi İrəvana qarşı sanksiyalara çağırmalarına ehtiyac var?!