
Gürcüstan müxalifətinin batan səsi
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Çoxqütblü dünya bərqərar olarsa, Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər
Tramp dövründə ABŞ regiondan nə istəyə və nəyə ehtiyac duya bilər?
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir
Kobaxidze: “İstər “demokratlar” olsun, istərsə də “respublikaçılar ...”
Gürcüstanda müxalifət “Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
GMİ şeyxi nələri etiraf etdi?
İranın Qafqazdakı casus şəbəkəsi boğulur
... Yaxud Gürcüstanın narahatlığı yersizdir
Bakı-Tiflis arasında ticarət dövriyyəsinin potensialı böyükdür
Azərbaycan Gürcüstanın enerji təhülkəsizliyinə qarantdır
Hökumətin son bəyanatları Avro-Atlantik üzvlük hədəfindən “yayınmaq niyyəti” güdə bilər
Avropa Komissiyası Gürcüstana əlavə vaxt verir
Gürcüstanın baş naziri Bidzina İvanişvili azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində sakinlərlə oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə bağlı görüş keçirib. Görüşdə Bidzina İvanişvili Gürcüstan prezidentliyinə namizəd Giorgi Marqvelaşvilini təqdim edib, onun tərcümeyi-halı barədə məlumat verib. Şəhər sakinləri qarşısında çıxış edən baş nazir, xüsusi olaraq, azərbaycanlıları salamlayıb.
«Siz azərbaycanlılar ilk dəfə keçmiş
hakimiyyətə etiraz etdiniz və düzgün seçiminizi etdiniz. Bunun üçün mən sizə
bir daha təşəkkürümü bildirirəm. Hakimiyyətə elə adam seçin ki, o, sizin
maraqlarınıza xidmət etsin, sizin arzularınızı həyata keçirsin. Həmişə etibar
etdiyiniz adamı və sizə işləyən adamı seçin. Gürcüstan tarixində belə seçki ilk
dəfə baş verəcək. Belə bir insan bu gün sizinlə görüşə gələn Gürcüstan
prezidentliyinə namizəd Giorgi Marqvelaşvilidir. O, sizin gələcəyiniz üçün
çalışacaq», - deyə Bidzina İvanişvili bildirib.
Sonra tədbirdə Gürcüstan
prezidentliyinə namizəd Giorgi Marqvelaşvili çıxış edib. O, çıxışında seçkilərə
bir neçə gün qaldığını və seçklilərdə qalib gələcəklərini bildirib: “Biz
sizinlə birlikdə Avropa ölkəsi tikəcəyik. Burada hər bir adam iqtisadi və
hüquqi cəhətdən müdafiə olunacaq. Biz bu dövləti sizinlə birlikdə quracağıq” -
deyə, Marqvelaşvili bildirib.