Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:15 | 22 dekabr 2016 | Cümə axşamı
Məqaləyə 1461 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
İki gündür ki, Rusiya KİV-ləri Moskvadan Azərbaycana konfet bağlaması göndərən, ancaq əvəzində onu içərisinə «Öl, əclaf!» sözləri yazılmış kağızla geri alan qızın əhvalatı barədə yazır.
Virtualaz.org xəbər verir ki, Moskva sakini Olesya Voronova təxminən 10 gün əvvəl «Pony Express» poçt şirkəti ilə Azərbaycandakı tanışına 9 kiloqram konfet hədiyyə göndərib. Lakin aradan bir neçə gün keçmiş ona zəng vurub deyiblər ki, bağlamanı ünvana çatdırmaq mümkün olmayıb, çünki konfeti gömrükdən buraxmayıblar.
Olesya Voronova yerli poçt bölməsinə gedərək bağlamanı geri alıb, ancaq qutunu açanda görüb ki, kimsə onun içinə «Öl, əclaf!» sözləri yazılmış kağız qoyub. Moskvalı qız bu haqda özünün «Facebook» səhifəsində yazıb, ona qarğış edən poçt işçisinin nədən belə etdiyini anlamadığını, üzləşdiyi hadisədən sarsıldığını bildirib. Qızın Facebook qeydləri çox keçmədən KİV-lərə yayılıb və böyük qalmaqal yaranıb.
«Pony Express» şirkətinin rəhbərliyi Voronova ilə əlaqə saxlayaraq ondan üzr istəyib, kompensasiya verməyə hazır olduğunu, qarğışı yazıb bağlamaya qoyan əməkdaşın kamera görüntülərinə əsasən artıq müəyyən edildiyini və cəzalandırılacağını bildirib. Voronova isə daha sonra jurnalistlərə açıqlamasında bildirib ki, içərisinə qarğış yazılıb qoyulmuş konfet bağlamasını qəbul etmək istəmir və onu həmin qarğışı yazana bağışlamaq istəyir. «Mən bu konfeti qəbul edə bilmərəm, onu kilsəyə də bağışlamaq istəmirəm, çünki qarğış ediblər»-Voronova bildirib.
Bəs moskvalı qız konfet bağlamasını Azərbaycanda kimə göndərirmiş? Voronova məsələyə bu gün aydınlıq gətirib, bildirib ki, onun cəmi 60 min rubl verib aldığı 9 kiloqram konfeti Azərbaycanın ən iri bankının idarə heyətinin sədrinə göndərmişdi. «Əvvəlcə elə bildim ki, bu qarğışı mənə ediblər. Ancaq sonra başa düşdüm ki, onu bağlamanı ünvanladığım şəxsə yazıblar. Elə adamlar var ki, milli azlıqları xoşlamır. Mənim dostum Azərbaycanın ən iri bankının idarə heyətinin sədridir. Adamın hər şeyi var, mən ona uşaqlığından bir parçanı bağışlamaq istədim. Bu konfet markasından Azərbaycanda yoxdur. Mən bağlamanı bankın ünvanına göndərmişdim, görünür bağlamamı ələ salan həmin adam konfeti kimə göndərdiyimi ünvandan başa düşüb» - Voronova deyib.