
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Azərbaycanlı millət vəkili gələn il (hicri-şəmsi təqvimi ilə 1996-cı il) üçün büdcə layihəsində Şərqi Azərbaycan vilayətinə ayrılan vəsaitin azaldılması ilə bağlı öz narahatlığını bildirib.
««1996-cı» il büdcə layihəsində Şərqi Azərbaycana ayrılan vəsaitdə 18.5 faiz azalma müşahidə olunur, vilayətin vergi səhmi isə 13.9 faiz artırılıb. Hətta büdcə vəsaitinin azaldılması ilə vergi səhminin artırılması arasında mütənasiblik də yoxdur. Bu problemi vaxt itirmədən həll etmək lazımdır»- deyə Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Şəhabəddin Bimiqdar jurnalistlərə açıqlayıb.
«Büdcə layihəsi təsdiq edilmədən bu problemi aradan qaldırmaq lazımdır» deyə vurğulayan millət vəkili yerli məsullara müraciət edərək onlara qarşıdakı problemlə bağlı məlumat verib. O bildirib ki, layihəyə yenidən baxılması üçün dərhal hərəkətə keçib və lazımi işlər görməlidir.
Qeyd edək ki, son günlərdə Şərqi Azərbaycan vilayətinin bir neçə sənaye müəssisəsi və bu sahədə fəaliyyət göstərən dərnəklər Təbrizin millət vəkili Məsud Pezeşkiyana müraciət edərək vergi dərəcəsi səviyyəsinin 13.9 faiz artırılması ilə bağlı öz nigaranlıqlarını bildirib və bunun ağır iqtisadi nəticələri ilə bağlı xəbərdarlıq ediblər.