Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
12:16 | 6 fevral 2017 | Bazar ertəsi
Məqaləyə 1483 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Rusiyada Liberal-Demokrat Partiyasının əvəzolunmaz lideri, ötən şənbə günü yenidən bu partiyanın lideri seçilən qalmaqallı siyasətçi Vladimir Jirinovski Kremlin mövqeyini təbliğ edən «Tsarqrad TV» kanalına müsahibə verib.
Virtualaz.org xəbər verir ki, Jirinovski telekanalın əməkdaşı Zaxar Prilepinin «Çay s Zaxarom» müəllim proqramında çıxış edərkən ABŞ prezident Donald Trampla Rusiya arasında mümkün sövdələşmə variantı haqda danışıb.
Jirinovski bildirib ki, əgər o, Rusiya prezidenti olsaydı Trampa sövdələşmə təklif edərdi: Rusiya İran və Çinlə münasibətləri ABŞ-ın istədiyi kimi qurur. Əvəzində ABŞ Rusiyanın keçmiş SSRİ respublikalarını özünə birləşdirməsinə, yəni SSRİ-nin sərhədlərini bərpa etməsinə mane olmur.
«Yəni bir növ alver. Tramp axı biznesmendir, bu cür sövdələşmə ona sərf edəcək. Həmin keçmiş sovet respublikaları görsələr ki, ABŞ qarışmır, özləri qaçıb Kremlin nəzarəti altına qayıdacaqlar. Yəni biz İran və Çinlə münasibətləri Trampın istədiyi kimi qururuq, o da əvəzində bizim bir il-i yarım ərzində keçmiş SSRİ-nin sərhədlərini bərpa etməyimizə göz yumur. Əslində bu sövdələşmədə biz daha çox güzəştə gedirik, nəinki Tramp. Ukrayna, Belarus, Pribaltika, Azərbaycan, Qazaxıstan onun nə vecinə, nəyinə lazımdır axı», - Jirinovski bildirib.
Vladimir Jirinovskinin fikrincə, Rusiyanın keçmiş SSRİ-nin sərhədlərini «dinc yolla» bərpa etməsinin qarşısında heç bir maneə olmayacaq. Çünki həmin keçmiş sovet respublikalarının əhalisinin özü bunu istəyir. «Onlar görsələr ki, ABŞ əlini çəkir, qarışmır, Rusiyaya birləşmək üçün özləri xahiş edəcəklər. Çünki əhali bunu istəyir, onlar SSRİ vaxtında daha yaxşı yaşayıblar. İndi isə pis yaşayırlar, varlılar yaxşı yaşayır, kasıblar isə indiki sistemi istəmir. Mən Qafqazda olmuşam, Qazaxıstanda yaşamışam, bilirəm ki, heç bir etiraz-filan olmayacaq. Xüsusən də SSRİ-nin ləğvi qanunsuz olub, Belovejsk sazişinin heç bir hüquqi qüvvəsi yoxdur»-qalmaqallı siyasətçi əlavə edib.