
Güney Azərbaycan – türkün savaş meydanı
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Hücumlardan sonra ilk uçuş Təbrizdən İstanbula həyata keçirilib
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
İran parlamentinin deputatı, «Türkdilli Bölgələr Fraksiyası»nın rəisi Məsud Pezeşkiyan martın 1-də Şiraz Universitetinin tələbələri ilə görüşdə ölkədə baş alıb gedən qanun pozuntularından, tələbələrə qarşı təzyiqlərdən, məmur özbaşınalığından və cəmiyyətdə geniş yayılan fəsaddan danışıb.
Ölkədə müəyyən mərkəzlər və ya şəxslər tərəfindən dəstəklənən bir qrup mülki geyimli şəxsin heç kəsə cavabdeh olmadan qanuni toplantılara müdaxiləsinə və ya kimlərinsə çıxışına mane olmasına toxunan təbrizli deputat bildirib ki, bu kimi rəftarlar tələbələrin hakimiyyətdən narazılığına gətirib çıxarır: «Ölkə problemlərini onun-bunun boynuna atmaq düzgün deyil. Bu gün, ölkədə və cəmiyyətimizdə yaşanan çətinliklərin səbəbkarı başqaları yox, biz özümüzük. İş o yerə çatıb ki, artıq sərbəst şəkildə universitetə gedib tələbələrlə üz-üzə oturub onlarla danışa da bilmirik. Görəsən biz nə qələt eləmişik ki, bu gün tələbələr bizi görən kimi fitə basırlar. Görəsən biz insanlarla necə davranmışıq ki, iş bu yerə gəlib çatıb. Aydın məsələdir ki, problem bizim özümüzdəndir. Yoxsa, tələbə dəli deyil ki, bilərəkdən rəsmilərlə bu cür rəftar etsin.
Öz tərəf-müqabilinə danışmağa və öz fikrini bildirməyə icazə verməyən şəxslər, cəhalət və nadanlıq ucbatından bunu edirlər. Əgər kimsə haqq və ədalətdən dəm vurursa, qarşısında duran insana da icazə verməlidir ki, o da öz sözünü deyə bilsin. Lakin bu haqqı başqalarına tanımayanlar necə iddia edə bilərlər ki, cəmiyyəti və insanları hidayət etmək istəyirlər».
Pezeşkiyan, tələbələrdən birinin ölkədə yaşanan və gündən-günə geniş vüsət alan iqtisadi fəsadın səbəbləri ilə bağlı verdiyi sualı da cavablandırıb: «Əhmədinejad dövründə neft satışından əldə edilən 800 milyard dolların başına nə gəldiyi və nəyə xərcləndiyi bəlli deyil. Bəli təqsirkar biz özümüzük. Biz, hakimiyyətin zəif siyasətinə görə belə problemlərlə üz-üzə qalmışıq. Bunu isə Amerikanın və ya başqa bir ölkənin boynuna atmamalıyıq. Görəsən ölkədə bu qədər iri miqyaslı oğurluqlar baş verəndə biz hardaydıq. Olmaya yatmışdıq. Bəs fəsadlar baş verəndə Məhkəmə Sistemi hara baxırdı. Bəli bu gün ölkədə mövcud olan bu problemləri Amerika yox, özümüz yaratmışıq, özümüz də onu həll etməliyik».