
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Aprelin 17-də Urmiyə universitetində onlarla öyrənci Azərbaycanda baş verən sel fəlakəti qurbanlarının xatirəsini anıblar.
Öyrəncilər öncə universitetin amfiteatr salonunda toplaşıblar. Onlardan biri rəsmi mətbuat orqanları və digər kütləvi informasiya vasitələrini baş verən təbii fəlakətlə bağlı məlumatı yetəri qədər işıqlandırmamaqda günahlandıraraq Qaradağ zəlzələsi, Təbriz qatarı, sel fəlakəti və s. kimi hadisələrdə itkilərin həddindən artıq olmasını Azərbaycanın diqqətdən kənarda qalması və bölgədə lazımi infrastrukturun (zirsaxt) olmaması ilə əlaqələndirib. Azərbaycan türk millətinin bütün hüquqlarının bərpa edilməsini tələb edən öyrənci əlavə edib ki, təbii sərvətlərlə zəngin olan Azərbaycanın belə hadisələrdə bu qədər itki verməsi qəbuledilməzdir.
Öyrəncilər yerli vaxtla saat 13 radələrində universitetin həyətində öncədən təyin edilmiş yerə gedib orada güllər düzərək sel fəlakəti qurbanlarını yad ediblər. Onlar əllərində banner və plakatlar daşıyıblar.
Universitetin Hərasət məmurları (təhlükəsizlik bölümünün məmurları) mərasim iştirakçılarına yaxınlaşaraq onlardan mobil telefonları və plakatları almaq istəyiblər, lakin məmurların cəhdi kəskin müqavivətmlə üzləşib və mərasim nəzərdə tutulduğu kimi davam etdirilib.
Sonda öyrəncilər universitetin məscidinə gedib orada mərasimi başa çatdırıblar.