
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Şəbistərin İran parlamentindəki millət vəkili Güney Azərbaycan şəhərlərində baş verən sel fəlakətinin İran Teleradiosunda zəif işıqlandırılmasını sərt tənqid edib. Bu barədə Məsumə Ağapur Əlişahi parlamentin iclasında çıxış edərkən danışıb.
«Azərbaycan şəhərlərində təbii fəlakət baş verdi. Görünür ki, sel fəlakəti «Plasko» Ticarət Mərkəzi Binası qədər əhəmiyyətli deyil! Xəbər kanalı «Plasko» binasının çökməsi xəbərini bir həftə işıqlandırdı. Lakin Azərbaycanda baş verən təbii fəlakət həm Şərqi Azərbaycan Vilayəti və həm də ölkə səviyyəsində çox məhdud şəkildə işıqlandırıldı, yayılan xəbərlər isə qərəzli və qeyri-obyektiv informasiyalardan ibarət oldu», - deyə o bildirib.
Millət vəkili təmsil etdiyi bölgənin ümumiyyətlə diqqətdən kənarda qaldığına işarə edib. «Şəbistər bölgəsini dəfələrlə sel basıb. Lakin kimsəyə nə bir rial əvəzsiz yardım edilib, nə də Məskən Fondu tərəfindən kredit verilib. Hətta bölgədə sel suları altında qalmış çayların yenidən qazılması üçün heç bir vəsait ayrılmayıb. Səlahiyyətli şəxsləri Şəbistər bölgəsinə daha çox diqqət yetirməyə çağırıram», - deyə millət vəkili ölkə rəhbərliyinə istinadən qeyd edib.
Məsumə Ağapur Əlişahi aprelin 14-də Güney Azərbaycan şəhərlərində baş verən təbii fəlakətdən sonra hadisə ilə bağlı açıqlama yaymışdır. «Ötən il də Şəbistər bölgəsində oxşar təbii fəlakət baş verdi, hadisə nəticəsində çoxları evsiz qaldı, bir çox əkinçi isə müflis oldu. Lakin hadisədən 10 ay keçməsinə baxmayaraq hələ də təbii fəlakətdən zərərçəkənlərə heç bir yardım edilməyib. Keşkə Şərqi Azərbaycan Vilayəti də məsulların gözündə Xuzistan, Xorasan və ya Rəşt kimi olardı. Onlara ən kiçik təbii fəlakət zamanı yetəri qədər yardım edilir və lazımi tədbirlər alınır, lakin Şərqi Azərbaycan sankı bir istisnadır…», - deyə millət vəkili vurğulamışdır.