
Urmiya gölü çölə çevrilərsə
Türk dünyasının bağrına sancılan duz xəncəri
Türk dünyasının bağrına sancılan duz xəncəri
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
... Yaxud Orta keçid körpüsünün acı tarixi
Türk milləti İran rəsmiləri tərəfindən növbəti dəfə təhqir edilib. Məlumata görə, Somesəranın İran parlamentindəki millət vəkili və Məclisin İqtisadi Komissiyasının sözcüsü Kazım Delxoş, Bazirqan Gömrüyünə baxış keçirmək məqsədi ilə Güney Azərbaycanın Makı şəhərinə səfər edib. O səfər çərçivəsində keçirdiyi görüşlər zamanı türklərə qarşı təhqirə yol verib. Millət vəkilinin çıxışı onun Teleqram kanalında video şəkilində yayılıb. O «bunlar türkdür, heç nə anlamazlar!» ifadəsini işlədərək türkləri təhqir etməyə çalışıb. Video qısa müddət sonra Teleqram kanalından götürülüb.
Kazım Delxoş bundan öncə Güney Azərbaycan Qəzvin şəhərinin əhalisini də təhqir etmişdi. Onun bu əməli sərt reaksiya və etirazlara səbəb olmuşdu.
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri isə türklərin təhqir edilməsi faktına sərt reaksiya verərək Kazım Delxoşun üzr istəməsini tələb edib.
«Bu, tüqrklərə qarşı açıq-aşkar təhqirdir, zarafat kimi olsa belə, yenə də qəbuledilməzdir. «Bunlar türkdür, heç nə anlamazlar» ifadəsi istənilən halda təhqirdir, ona görə də Somesəranın millət vəkili dərhal üzr istəməlidir», - deyə Hadi Bahaduri vurğulayıb.
Urmiyənin millət vəkili Teleqram kanalında videonun yayılmasından ciddi narahatlığını dilə gətirib. «Təhqiramiz ifadənin olduğu videonun sosial şəbəkədə yayılması məsələni daha da qəlizləşdirib. Bu, təhqir məsələsi üzərindən qəbahəti götürmək məqsədi güdüb», - deyə o vurğulayıb.
Qeyd edək ki, İranda türk millətinin təhqir olunması ilk dəfə deyil. Türklərin kütləvi informasiya vasitələri, rəsmi şəxslər və televiziyalarda kobud şəkildə təhqir edilməsi dəfələrlə azərbaycanlıların kütləvi etirazına səbəb olub, etiraz aksiyalarında onlarla insan öldürülüb, çox sayda etirazçı həbs olunub.