
Tehran artıq güc mərkəzi deyil
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Qarasu çayı kimyəvi maddələrlə çirkləndirlir, əhalinin həyatına təhlükə
Çempion doğma meydana daxil olarkən təpədən-dırnağa Türklük ab-havası yarandı
Ərdəbildə cümə axşamı iş olmayacaq, iş saatları 6:00-13:00 aralığına çəkildi
Türk komandasının qələbəsi fars mərkəzli təşkilatları çox narahat edib
Ərdəbilli yeniyetmə dünyanın ən güclüsü seçildi
Bu millətin, ikiyə bölünmüş VƏTƏNin QƏLƏBƏsidir
Təbrizlilər çempionatın bitməsinə 2 tur qalmış birinciliyini rəsmiləşdirdi
Proqramlaşdırma kitabı Azərbaycan türkcəsinə tərcümə edilib
Fars-molla rejiminin Pezeşkianın Bakıya gəlişi ərəfəsində anti-Azərbaycan tədbiri
Ana dilində təhsil haqqına fars-molla rejiminin əlaltılarının yanaşması
Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları söylənməlidir
Quzeyin Güneyə dair hansı konsepsiyası var?
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
Kürd terrorçular şəhəri hücum edib qarşılarına çıxanı öldürürdülər
«İran parlamenti iqtisadi komissiyasının sözcüsü, Somesəra şəhərinin millət vəkili Kazım Delxoş Əbatəri Makı şəhərində türklərə qarşı yol verdiyi təhqiramiz ifadəyə görə üzr istəməlidir».
Bu barədə bir neçə azərbaycanlı millət vəkili açıqlama verib.
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur Azərbaycana qarşı istənilən təhqirin qəbuledilməz olduğunu bildirib.
«Azərbaycan əhalisini heç kim təhqir edə bilməz. Düşünürəm ki, bu adam hətta zarafatla da olsa Azərbaycanın mədəni əhalisini təhqir etmə hüququna malik deyil. Əgər Azərbaycan gəncləri olmasaydı, o adam da bugünki vəzifəsində olmazdı. Millət vəkili dərhal Azərbaycan əhalisindən üzr istəməlidir», - deyə R.Həzrətpur vurğulayıb.
Zəncanın millət vəkili Əli Vəqfçi də türklərin təhqir edilməsi faktına öz etirazını bildirib.
«Cənab Delxoşun mövqeyi və sözlərinə diqqət etsəniz görərsiz ki, ölçülü hərəkət etməyib. Kimsə təhqiramiz ədəbiyyatla danışa bilməz, belə bir şəxs təbii ki, ittihamlara məruz qalacaqdır. Təhqiramiz ifadənin yer aldığı videonun yayılması da qətiyyən düzgün deyil. Yaxşı olar ki, bu barədə cənab Nadir Qazipurla danışasınız. O, Somesəranın millət vəkili ilə yaxın dostdur, onu islah edə bilər»- deyə millət vəkili qeyd edib.
Urmiyanın millət vəkili Nadir Qazipur isə bu dəfə gözlənilməz mövqe sərgiləyərək dostu Kazım Delxoş Əbatərinin türklərə qarşı işlətdiyi ifadəni «təhqir» olduğunu qəbul etməyib.
«Cənab Delxoş mənim dostumdur. O bölgənin problemlərini həll etmək məqsədi ilə Bazirqana gedib və orada deyib ki, «bunlar təhlükəli insanlardır, adamı döyərlər». Düşünürəm ki, bu ifadə təhqir sayılmamalıdır», - deyə N.Qazipur bildirib.
Urmiya şəhərinin İran parlamentindəki digər millət vəkili Hadi Bahaduri də türklərin təhqir edilməsi faktına sərt reaksiya verərək Kazım Delxoşun üzr istəməsini tələb edib.
«Bu, tüqrklərə qarşı açıq-aşkar təhqirdir, zarafat kimi olsa belə, yenə də qəbuledilməzdir. «Bunlar türkdür, heç nə anlamazlar» ifadəsi istənilən halda təhqirdir, ona görə də Somesəranın millət vəkili dərhal üzr istəməlidir», - deyə Hadi Bahaduri vurğulayıb.
Millət vəkili həmçinin Teleqram kanalında videonun yayılmasından ciddi narahatlığını dilə gətirib. «Təhqiramiz ifadənin olduğu videonun sosial şəbəkədə yayılması məsələni daha da qəlizləşdirib. Bu, təhqir məsələsi üzərindən qəbahəti götürmək məqsədi güdüb», - deyə o vurğulayıb.
Qeyd edək ki, Somesəra şəhərinin İran parlamentindəki millət vəkili və Parlamentin İqtisadi Komissiyasının sözcüsü Kazım Delxoş Əbatəri, Bazirqan Gömrüyünə baxış keçirmək məqsədi ilə Güney Azərbaycanın Makı şəhərinə səfər edib. O səfər çərçivəsində keçirdiyi görüşlər zamanı türklərə qarşı təhqirə yol verib. Millət vəkilinin çıxışı onun Teleqram kanalında video şəkilində yayılıb. O «bunlar türkdür, heç nə anlamazlar!» ifadəsini işlədərək türkləri təhqir etməyə çalışıb. Video qısa müddət sonra Teleqram kanalından götürülüb.
Xatırladaq ki, İranda türk millətinin təhqir olunması ilk dəfə deyil. 2006-cı ildə İran qəzetində türklər hamam böcəyinə bənzədilmişdi, 2015-ci ildə İran televiziyasının 2-ci kanalında yayımlanan «Fitilə» adlı televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilmişdir. 2016-cı ildə Şərqi Azərbaycanda nəşr olunan dövlət qəzeti «Tərh-i No», türklərə qarşı təhqiramiz yazı dərc edərək onları bədbəxt, irqi pis və s. kimi sözlərlə təqdim etmişdir. Türklərin kütləvi informasiya vasitələri, rəsmi şəxslər və televiziyalarda kobud şəkildə təhqir edilməsi dəfələrlə azərbaycanlıların kütləvi etirazına səbəb olub, etiraz aksiyalarında onlarla insan öldürülüb, çox sayda etirazçı həbs olunub.