
Urmiya gölü çölə çevrilərsə
Türk dünyasının bağrına sancılan duz xəncəri
Türk dünyasının bağrına sancılan duz xəncəri
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
... Yaxud Orta keçid körpüsünün acı tarixi
Qərbi Azərbaycan Vilayətinin yerli məsulları bölgədə hökm sürən yoxsulluq və işsizlik böhranı ilə bağlı həyəcan təbili çalıblar. Bu barədə Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri və Qərbi Azərbaycan valisi Qurbanəli Səadət, Valilikdə iş adamlarının fəaliyyəti və istehsalla bağlı keçirilən iclasda çıxış ediblər.
«Hazırda ictimai şərait çox ağırdır. Əhalidən 10 ay müddətində 5 min məktub qəbul olunub, onlardan 2 mini işsizlərin iş axtarışı ilə əlaqədardır. Bu, işsizlik probleminin böhran həddində olduğuna dəlalət edir. Biz həm də iş və əmək haqqında qanunlarda düzəliş edilməliyik. Qanunlar yeni şərait və iş məfhumuna uyğun olaraq yenilənməlidir», - deyə o bildirib.
Millət vəkili Azərbaycan əhalisinin işə olan münasibətini Yaponiya əhalisi ilə müqayisə edərək qeyd edib ki, «Yaponiyada bir işçi iş zamanında ölərsə, o adam müqəddəs hesab olunur və hörmətlə xatırlanır. Azərbaycan əhalisi də işə münasibətdə və çalışqanlıqda Yaponiya əhalisinə oxşayır, sadəcə onlara şərait yaratmaq lqzımdır»- deyə H.Bahaduri əlavə edib.
Qərbi Azərbaycan valisi Qurbanəli Səadət də öz çıxışı zamanı işsizlik böhranına toxunub.
«Ölkədə məşğulluq sahəsində vəziyyət olduqca kirtikdir. Hazırda sözün əsl mənasında işsizlik böhranı yaşanır, bunu inkar etmək qeyri-mümkündür. Bizim yüksək iqtisadi tərəqqiyə nail olmağımız üçün ciddi yatırımçılara ehtiyacımız var. Bu məsələ vaxtı ilə ölkə iqtisadiyyatına qoyulan sanksiyalara görə mümkün olmurdu, lakin sanksiyalar götürüldükdən sonra hələ də yatırımçılar bölgəyə yatırım qoymaqda ciddi çətinliklərlə üzləşir, bu problem öz həllini tapmalıdır»- deyə vali çıxışı zamanı bildirib.