
Urmiya gölü çölə çevrilərsə
Türk dünyasının bağrına sancılan duz xəncəri
Türk dünyasının bağrına sancılan duz xəncəri
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
... Yaxud Orta keçid körpüsünün acı tarixi
İran prezidenti Həsən Ruhani Urmiya şəhərinə səfəri zamanı azərbaycanlılar tərəfindən səsləndirilən etiraz şüarları ilə qarşılaşıb.
Soydaşlarımız H.Ruhaninin çıxış etdiyi Qədir (Durnalar yuvası) stadionuna toplaşaraq ölkə prezidentinin qarşısında «Ruhani, Ruhani – Vədlərin bəs hanı» kimi şüarlar səsləndiriblər.
Minlərlə etirazçı əllərində plakatlar tutaraq Həsən Ruhaninin 4 il öncə Azərbaycan türk millətinə verdiyi vədləri xatırladıb, onların yerinə yetirilmədiyindən şikayətləniblər.
Plakatlar üzrəndə «Ruhani, Ruhani – Vədlərin bəs hanı», «Urmu gölü dolmadı – Türk dilində məktəbimiz olmadı» və s. kimi şüarlar yazılıb.
Stadionda polis qüvvələri ilə yerli əhali arasında pərakəndə şəkildə qarşıdurma halları da yaşanıb.
Məlumata görə, Həsən Ruhani seçki qərargahının məsulları əhalini «Ya Hüseyn , Mir Hüseyn» şüarı səsləndirməyə çağırıblar, lakin soydaşlarımız «Haray haray mən türkəm», «Azərbaycan var olsun – İstəməyən kor olsun» və s. kimi şüarlar səsləndiriblər. Stadionda səsləndirilən şüarların eşidilməməsi üçün fars dilində gur səslə musiqi yayımlanıb, bu, soydaşlarımızın kəskin etirazına səbəb olub.