
Farsmərkəzli “siyasət”
Yaxud dövrü keçmiş diplomatın həyasız tövrü
Yaxud dövrü keçmiş diplomatın həyasız tövrü
Qruplar postunu oğluna ötürmək istəyən Xameneyiyə mane olur
SEPAH terror təşkilatının daxilində casusluq ittihamları və qarşılıqlı düşmənçilik
Süleymaninin “kölgə yoldaşı” və SEPAH generalı İsrailin hücumunda öldürülüb
“SEPAH və onun texnikasından uzaq durun”
İranı zəiflədən sui-qəsdlər və hücumlar
SEPAH-ın Avropa zavodlarında casus şəbəkəsi var
Britaniyada İsrail səfirliyinə hücum planı qurumun daxilindəki radikal qrup tərəfindən hazırlanıb
Tehran vurulan Ukrayna təyyarəsi ilə bağlı ICAO-nun qərarından narazıdır
İran tabeliyindəki terrorçulara sərbəst şəkildə davranmaq səlahiyyəti verib
“The Washington Post”: “İran Azərbaycanda yəhudi liderini öldürməyə cəhd etdi”
Casus şəbəkə Ankara ilə Tehran arasında gərginliyi bir az da artırıb
Fars-molla rejimi İnqilab edib şahı devirən adamın 3 il sonra özünü devirdilər
“Hizbullah”ın baş katibi Xameneyinin nümayəndəsi olacaq
Hərbi təşkilat təkcə regional sabitliyə təhdid deyil, həm də qlobal cinayətin inkişafına şərait yaradır
(Molla rejiminin azərbaycanlı tələbəni azad etməsinin gerçək səbəbi haqda)
«Pejak» kürd terror təşkilatı ictimai şəbəkələrdə Urmiyanın Şura Seçkilərində kürd namizədlərdən ibarət olan «Nojin» siyahısını dəstəklədiyini elan edib.
İsmail Simitkonun nəvəsi Arman Simitkonun bandasının təşəbbüsü ilə təşkil edilən «Nojin» qrupu ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsi və İslam İnqilab Keşikçilər Korpusunun («SEPAH») dəstəyi ilə açıq və rəsmi iclaslar keçirir.
Bundan öncə kütləvi informasiya vasitələrində ETTELAAT İdarəsi və «SEPAH»la «PEJAK» (PKK) terror qruplaşması arasında Arman Simitkonun bandasının araçılıq etdiyinə dair məlumat yayılıb.
Ötən günlərdə ETTELAAT İdarəsi və «Sepah»ın yardımı ilə keçirilən iclasda «Nojin» qrupunun üzvləri və «PEJAK»ın əlaltıları Arman Simitko, Məsud Şəmsnəjad, Erşak Rəuf Qonbədi və Rəsul Bangin iştirak etmişdir. Məqsəd, «Nojin» siyahısına daxil olan 11 namizəddən ən azı 7-ni İran parlamentinə göndərmək və türror qruplaşmalarına yaxınlığı ilə seçilən Seyid Fəttah Hüseynini Urmiyəyə Bələdiyyə başqanı seçməkdir.
ETTELAAT İdarəsi və «SEPAH»ın PKK və «PEJAK» kürd terror təşkilatları ilə əməkdaşlığa bu şəkildə üstünlük verməsinin əsas səbəbi Qərbi Azərbaycanın kürdləşməsi planını həyata keçirməkdir.
Qeyd edək ki, ötən əsrin əvvəllərində birinci dünya müharibəsinin sonlarında kürd, erməni və asuri dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiya, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiblər. Kütləvi qırğın zamanı on minlərlə günahsız Azərbaycan türkü qətlə yetirilib. Bu hadisələrdə yuxarıda adını çəkdiyimiz Arman Simitkonun babası İsmail Simitko Azərbaycan türklərinə qarşı qətliam törədən kürd dəstələrinə rəhbərlik edib, onun adı Güney Azərbaycanda qatil, cinayətkar və talançı kimi tarixə düşüb.