
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Tanınmış azərbaycanlı milli-mədəni fəal, Ərdəbil sakini Abbas Lisani yaşadığı şəhərin İnqilab Məhkəməsinə çağırılıb. Çağırış vərəqəsi oktyabrın 10-da fəalın Ərdəbildəki şəxsi evinə verilib. Çağırışa əsasən o 3 gün ərzində Ərdəbil İnqilab Məhkəməsinin (ƏİM) 3-cü Şöbəsinə müraciət etməlidir.
Azərbaycanlı fəalın hansı səbəbdən məhkəməyə çağırıldığı məlum deyil. Çağırış vərəqəsində bildirilib ki, «izahat vermək və dəlil gətirmək» üçün məhkəməyə müraciət edilsin.
Tanınmış fəalın hal-hazırda bağlanılmayan məhkəmə işi olmadığı üçün, onun avqust ayında Beynəlxalq Ana Dili Günü mərasimi ilə əlaqədar saxlanılan 30 fəalla birlikdə üzləşdiyi yeni ittihamlarla əlaqədar məhkəməyə çağırıldığı ehtimal edilir. Qeyd edək ki, A.Lisani və digər fəallar son məhkəmə iclasında müdafiə mətnini türk dilində yazıblar.
Tanınmış milli-mədəni fəal A.Lisani Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə müxtəlif təzyiqlərə məruz qalıb, o uzun illər məhbus həyatı yaşayıb.