
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Ərdəbil əyalətində yerləşən «Heyran gədiyi»nin bu əyalətdən ayırıb Gilan vilayətinə ilhaq edilməsi məsələsi yenidən gündəmə gəlib. Bu barədə Astara Şəhər İcra Hakimiyyəti başçısı Yunis Rənckeş mətbuata məlumat verib.
«Gilan əyalətinin giriş darvazası «Heyran gədiyi» məntəqəsində inşa ediləcək. Ətraf Mühit, Təbii Qaynaqlar və Mədəni İrs Təşkilatlarının rəisləri ilə bölgəyə baxış keçirdiyimiz zaman, darvazanın inşa ediləcəyi yeri də müəyyənləşdirdik. Hazırda bu barədə səlahiyyətli orqanlarla məsləhətləşmələr gedir.
Gilan əyalətinin giriş darvazası layihəsi «Heyran gədiyi»ndə tuneldən sonra icra olunacaq. Bu layihə Astara Turizm və Planlaşdırma Komitəsi tərəfindən də təsdiqlənib. Hazırda layihəsinin icrası məsələsinə baxılır. Mövzu ilə bağlı ekspertlərin fikrindən də istifadə olunacaq», - deyə o bildirib.
İcra Hakimiyyəti başçısı vurğulayıb ki, «inşa ediləcək darvaza Gilan əyalətini tanıtdırmaqda, bölgədə turizm sahəsini inkişaf etdirməkdə böyük rol oynayacaq. Bu layihə həyata keçirildikdən sonra Gilan əyalətinə daha çox turist cəlb olunacaq».
Sərhədyanı Astara şəhəri Gilan əyalətinin mərkəzi olan Rəşt şəhərinin 220, Ərdəbilin isə 79 kilometrliyində yerləşir. Bu şəhər vaxtı ilə Ərdəbil şəhəri və Şərqi Azərbaycan Əyalətinə bağlı olub. Sonralar ölkənin inzibati ərazi bölgüsündə müvəqqəti olaraq Gilan əyalətinə ilhaq edilib. Şəhərin əhalisi Azərbaycan türkləridir, onlar bütün azərbaycanlılar kimi, Astaranın Ərdəbil əyalətinə ilhaq edilməsini tələb edirlər.