vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
SAĞLAMLIQ  
17:25 | 30 noyabr 2017 | Cümə axşamı Məqaləyə 3184 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Evakuasiyaların ağır nəticələri

Uşaq məruz qaldığı psixoloji sarsıntını gələcək nəsillərinə ötürür

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yeni elmi araşdırmaya əsasən yazır ki, uşaqlıqda baş vermiş mənəvi sarsıntı onun genlərini dəyişir və beləliklə də bu ağrı uşağın gələcək nəsillərinə ötürülə bilər.

Bu elmi araşdırmada İkinci Dünya Müharibəsi zamanı evakuasiya edilmiş uşaqların törəmələrinin ruhi sağlamlığı öyrənilib.

Elmi tədqiqatın nəticəsi göstərib ki, müharibə vaxtı doğma evlərindən təxliyə edilmiş uşaqların törəmələri ciddi ruhi xəstəliklər riskinə, heç yerə köçürülməmiş uşaqların törəmələri ilə müqayisədə 4 dəfə artıq məruz qalıblar.

Məqalədə deyilir ki, bu qəbildən indiyədək aparılmış ən böyük araşdırma zamanı 1941-1945-ci illər müharibəsində İsveçə evakuasiya edilmiş 3 min fin uşağın ruhi sağlamlığı təhlil edilib.

O vaxt Finlandiyadan evakusiya edilmiş uşaqların çoxu hələ məktəb yaşına çatmayıbmış. Onları isveçli ailələrə paylamış, isveç dilini öyrənməyə məcbur etmişdilər.

Elmi araşdırmadan bəlli olub ki, evakuasiya edilmiş qız uşaqlarının sonrakı törəmələri depressiya və bipolyar pozuntu kimi ruhi xəstəliklərə daha çox məruz qalıblar.

Maraqlıdır ki, mənəvi travmanın nəsildən nəsilə ötürülməsi oğlan uşaqlarında daha az baş verib.

Bəzi alimlər bunu qürbətdə uşaqlara lazımi nəvaziş göstərilməməsi ilə əlaqələndirirlər, lakin onlar həm də inanırlar ki, təxliyə olunmuş uşaqlarda epigenetik dəyişiklik də baş verə bilərdi.

Belə dəyişiklik özünü genlərin ifadəsində büruzə verir. Epigenetik dəyişiklik irsi yolla gələcək nəsillərə ötürülə bilərdi.

Bundan əvvəl aparılmış tədqiqatlar zamanı Holokostdan sağ çıxanlarda stres hormonu kortizolla bağlı olan gendə metil maddəsinin yüksək səviyyələri qeydə alınmışdı.

Lakin yeni tədqiqat nümayiş etdirib ki, qadınların uşaq vaxtı məruz qaldıqlara psixoloji travma onların növbəti nəsil törəmələrinə keçə bilir.

«Finlərin evakuasiyasından məqsəd uşaqların Sovet İtitfaqı ilə müharibədən sarsılmasının qarşısını almaq idi», -araşdırma müəlliflərindən biri, Upsala Universitetinin professoru Torsten Santavirta deyib.

Alimin fikrincə, məhz buna görə də müasir dövrümüzdə uşaqların müdafiə siyasətləri hazırlanarkən evakuasiya kimi tədbirlərin psixoloji nəticələri də nəzərə alınmalıdır.