vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
17:23 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 3062 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bundan məmnun olmalısınız»

Alimlər əsəbləri oynadan iş yoldaşını beyin üçün faydalı sayır

MÖVZU İLƏ ƏLAQƏLİ

Demək olar ki, hamı problemsiz, firavan iş mühiti və eyni ağılda olan iş yoldaşları istəyir. Lakin hollandiyalı neyropsixologiya mütəxəssisi, professor Erik Şerder (Erik Scherder), beynin sağlamlığı üçün bunun əksini müdafiə edir.

Şerderə görə iş yerində sizi narahat edən, əsəblərinizi oynadan insanlar varsa, bundan məmnun olmalısınız. Çünki, əsəb korlayan bir iş yoldaşı, beyin üçün ecazkar bir şeydir!

Professor deyir ki, gündəlik həyatda rahatlıq insanlar üçün o qədər də yararlı bir vəziyyət deyil.

Şerderə görə, problemsiz, heç bir şey etmədən keçirilən bir gün beyin üçün arzuolunmaz və «boş yerə keçirilmiş» bir zamandır.

«Beyin problemlərdən faydalanır», Şerder deyir.

«Problem yaratmamalısınız, amma bir problem varsa çözməlisiniz. Bərbad, əsəb korlayan bir iş yoldaşı əlbəttə ki, əladir! İclaslarda şikayət edər, bunu həll etməyə məcbur olursunuz. Cansıxıcıdır, amma beynin həlletməsi lazım olan bir işdir».

Doktor Şerder deyir ki, cansıxıcı bir iş yoldaşı ilə keçinmək üçün maddələr mübadiləsi də sürətlə işləyir və beyində daha çox təmas nöqtələri yaranır.

Nəticədə «informasiya anbarının» yarandığını və beynin sağlam qaldığını vurğulayır.

«Stress bir fəlakət deyil, təbii xronik olanları istisnadır», hollandiyalı professor əlavə edib.