vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QƏZA, FACİƏ  
23:47 | 19 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 2923 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“7 nəfər reanimasiyadadır”

Zəhərlənmə ilə əlaqədar 111 şəxs xəstəxanaya müraciət edib

MÖVZU İLƏ ƏLAQƏLİ

"İmişlidə pambıq sahəsində baş verən zəhərlənmə ilə əlaqədar rayon xəstəxanasına rəsmi olaraq 111 nəfər müraciət edib”.

Bunu hazırda İmişli rayonunda olan Milli Məclisin deputatı Çingiz Qənizadə Modern.az saytına açıqlamasında bildirib: “Rəsmi müraciət edənlərin 74 nəfərindən qan və sidik nümunələri götürülərək müayinə olunmaq üçün Bakıya göndərilib. Fəhlələrin böyük əksəriyyətinə ilkin tibbi yardım göstərilib və evə buraxılıblar. Hazırda İmişli rayon Mərkəzi Xəstəxanasında 7 nəfər reanimasiyadadır. Mən onların hər biri ilə görüşdüm. Tam məsuliyyətlə deyirəm ki, səhhətləri yaxşıdır. Yəqin bir neçə saatdan sonra həmin şəxslər də evə buraxılacaq. Pambıq sahəsində zəhərlənənlərin sayı bağlı səsləndirilən müəyyən fikirlər həqiqətə uyğun deyil”.

Deputat bildirib ki, hazırda Baş prokurorun birinci müavini Rüstəm Usubov da İmişlidədi və prokurorluqda məsələ ilə əlaqədar iş gedir:  “Həmçinin, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli öz komandası ilə burdadır. Əkin sahələrindən nümunələr götürülür. Yəqin ki, yaxın bir neçə günə zəhərlənmənin səbəbi müəyyən olunacaq. İlkin ehtimala görə, istifadə olunan kimyəvi dərmanların keyfiyyəti və ya onun tələblərinə əməl edilməməsi bu hadisəyə səbəb olub. Yəni dərmanlar sahəyə vurulduqdan sonra 24 saat ərzində ora heç kim girə bilməz. Ola bilər ki, bu müddət buraxılıb və zəhərlənmə əlamətləri hiss olunub. Buna baxmayaraq hazırda hər şey qənaətbəxşdir”.