vaxtlı-vaxtında oxuyun! Cümə, 18 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNEY  
12:47 | 4 iyun 2019 | Çərşənbə axşamı Məqaləyə 416 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Universitet müəllimindən irqçi açıqlama

“Fars dilini bilməyən uşaqları ailələrindən ayırmaq lazımdır”

MÖVZU İLƏ ƏLAQƏLİ

  • Böyük FƏDAİ –

    “Azadlıq verilmir, alınır!” söyləmiş, Güney Azərbaycanda ilk demokratik milli hökumət yaratmış Şeyx Məhəmməd Xiyabani

  • Kəndli qiyamları

    “Zenuz ağa” əhalisi travertin mədəninin yenidən işə başlamasına etiraz edir

  • Lisani 10 gündür aclıq edir

    Güney Azərbaycan milli fəalı iki aydır qanunsuz həbsdə saxlanılır

  • “Kömür”

    Azərbaycanlı rejissorların İranda türklərin məruz qaldığı ayrı-seçkiliyə etirazı

Məşhəd universitetlərinin müəllimi Seyid Məhəmmədbaqir Təbatəbayi İranda fars dilini bilməyən uşaqların ailəsindən alınmasını təklif edib. O bildirib ki, belə ailələrin uşaq saxlamaq və tərbiyə etmək qabiliyyəti yoxdur.

Seyid Məhəmmədbaqir Təbatəbayi İran Təhsil Nazirliyinin məktəbə hazırlaşan uşaqlar üçün nəzərdə tutulan “farsca yetərlilik testi” planına dəstək vermək məqsədi ilə belə bir təkliflə çıxış edib.

Sözdə universitet müəllimi “Twitter” səhifəsində yaydığı bir mətndə bildirib ki, “İranda yaşayan valideynlər uşaqlarına məktəbdən əvvəl fars dilini öyrətmirsə, və ya öyrənməsinə icazə vermirsə, demək ki, onların uşaq saxlamaq və tərbiyə etmək qabiliyyəti yoxdur. İranın övladları onlardan alınmalıdır”.

Seyid Məhəmmədbaqir Təbatəbayi Məşhəd sakinidir, onun memarlıq üzrə yüksək lisansı var. Vaxtaşırı irqçi açıqlamaları ilə gündəmə gələn sözdə universitet müəllimi Xorasan-i Rəzəvinin islami İrşad və Mədəniyyət İdarəsinin müşaviri və Məşhəd universitetlərinin müəllimidir. O bundan əvvəl də dəfələrlə türklərin əleyhinə bir çox yazılar yayıb və irqçi açıqlamaları ilə sosial şəbəkələrin gündəminə düşüb.

Qeyd edək ki, İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni məktəbə daxil olmaq istəyən uşaqların sağlamlığının testi layihəsinə əlavə edilə biləcəyi barədə açıqlama verib.

İrqçi plan tətbiq olunacağı təqdirdə, fars dilini bilməyən uşaqların sağlamlıq durumu təsdiq olunmayacaq.

Planın tətbiq olunmasından məqsəd uşaqların 7 yaşınadək ailələrdə ana dilinin öyrənməsinin qarşısını almaqdır. Təhsil Nazirliyi çalışır ki, rəsmi və qeyri-rəsmi mərkəzlər, o cümlədən uşaq bağçalarının yardımı ilə qeyri-fars millətlərinə mənsub uşaqları asimilasyona uğradaraq öz milli dil və kimliyindən uzaqlaşdırsın.

İrqçi açıqlamaya qarşı Güney Azərbaycan əhalisi ilə yanaşı bir neçə yerli millət vəkili də öz etirazını bildirib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *