
Güney Azərbaycan – türkün savaş meydanı
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
PKK-nın İran qolu olan PJAK Cənubi Azərbaycanın azərbaycanlılar yaşayan kəndlərinə silahlı hücumlara başlayıb.
Türkiyənin “Yeni Şafak” qəzetinin yazdıqlarına görə, PJAK yaraqlıları azərbaycanlıların yaşadıqları kəndlərin sakinlərini evlərindən qovmağa çalışır. İranın Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Mehdi Şəhriyari isə nəinki baş verənlərə müdaxilə etmir, üstəlik onun PKK yaraqlılarına aylıq maaş ödədiyi bildirilir.
Xəbərə görə Türkiyə silahlı qüvvələrinin həyata keçirdiyi son “Pəncə” əməliyyatı nəticəsində sıxışdırılan PKK İranın Türkiyə ilə həmsərhəd bölgəsində yerləşən, azərbaycanlılar yaşayan kəndlərə hücumlar etməyə başlayıb. Urmiyə, Xoy, Səlmas, Çaldıran və Maku vilayətlərinin onlarla kəndində yaşayan Azərbaycan türkləri təhdid altındadır. Həmin kəndlərə aylardır elektrik və su verilmir, məktəblərin çoxu bağlanıb. PJAK terrorçuları kəndlərə girərək sakinləri təhdid edir.
PJAK-ın iki gün əvvəl həyata keçirdiyi hücum zamanı Həsən Dərgahi, Tohit Müsteşari və Əli Əskər Heydərzadə adlı üç azərbaycanlı həlak olub. Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının başqan yardımçısı Elyar Makuyi bildirib ki, İran azərbaycanlılarına qarşı təhdidlər Türkiyə ordusunun son əməliyyatlarından sonra artıb.
“PJAK terrorçuları sərhəd kəndlərinə girərək sakinləri kəndləri boşaltmağa məcbur etmək istəyir. Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisi Məhəmməd Mehdi Şəhriyari isə kəndlərin elektrik, su və digər infrastruktur xidmətlərini əngəlləyir. Daha əvvəl azərbaycanlılar əleyhinə bir çox təxribatlar həyata keçirən valini kürd əsilli daxili işlər naziri Rəhmani Fazli himayə edir”,-Elyar Makuyi bildirib.
Xəbərə görə Türkiyə ilə sərhəddəki azərbaycanlı kəndlərinə PJAK terrorçularının həmlələrinə göz yuman daxili işlər naziri bu yaxınlarda Qəndil dağlarına da baş çəkib. PKK terrorçuları ilə foto çəkdirən Rəhmani Fazli İranın bütün məzlumlar üçün “ümid yeri olduğunu” deyib.
Yerli sakinlər deyirlər ki, İranın təhlükəsizlik qüvvələri PKK terrorçularının kəndlərə həyata keçirdikləri silahlı hücumlara göz yumur.