
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Təbrizin Valman küçəsində həyata keçirilən layihə çərçivəsində aparılan qazıntı əsnasında qədim şəhərin bir hissəsi aşkarlanıb.
İran mətbuatında yayılan məlumata görə, Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin rəisi Murtaza Abdar qazıntının aparıldığı əraziyə gəlib, yerin altından çıxan qədim memarlıq abidələrini nəzərdən keçirib və şəhər layihəsinin dayandırılmasına əmr verib. Qazıntı işləri iyulun 4-də dayandırılıb.
Bələdiyyə və Şəhər Şurası bu günə qədər mətbuata açıqlama verməkdən imtina ediblər.
Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin rəis müavini Əlirza Qoçi də sözügedən əraziyə baş çəkib. O “Təbriz Bidar” agentliyinə bildirib ki, aşkar edilmiş əsərlər Qacarlar, hətta Elxanilər dövrünə aid ola bilər. Bu barədə ciddi araşdırma aparıldıqdan sonra nəticə məlum olacaq”, - deyə o bildirib.
Təbrizdə oxşar əsərlərə bundan əvvəl də qazıntılar zamanı rast gəlinib, lakin rejimin laqeyd münasibəti nəticəsində tarixi əsərlər təxrib edilib. Azərbaycanlılar eyni hadisənin təkrar baş verməsi və aşkarlanan əsərlərin ört-basdır edilməsindən nigarandır.