vaxtlı-vaxtında oxuyun! Bazar, 6 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
KİNO-TEATR  
Di Kaprio təsirdən qurtula bilmir 17:09 | 27 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 2825 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Di Kaprio təsirdən qurtula bilmir

Məşhur aktyor yorulub, amma ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Tanınmış aktyor Leonardo Di Kaprio maraqlı açıqlama verib. «Uoll-strit canavarı» filminə görə «Ən yaxşı aktyor» nominasiyasında «Oskar» mükafatına namizəd olan Leonardo filmdəki obrazdan qurtulmaq istədiyini söyləyib.

Martin Skorzenin rejissorluq etdiyi filmdə Di Kaprio real həyatdan götürülmüş birja brokerinin çirkin həyat tərzini nümayiş etdirir. Bu obrazı canlandırması məşhur aktyora mənfi təsir göstərib. Di Kaprionun sözlərinə görə, roluna o qədər aludə olub ki, psixoloji təsirdən hələ də qurtula bilmir. Ona verilən dəyəri yüksək qiymətləndirən Leonardo çəkilişlərdən sonra obrazdan qurtulmağın çətinliyindən söz açıb: «İş zamanı sən tamamilə fərqli şəkil almalısan. Amma çəkilişlər bitdikdən sonra yaxşıca «yuyunmaq» və oynadığın roldan azad olmaq lazımdır». 
Artıq yorulduğunu söyləyən Di Kaprio buna baxmayaraq, boş oturmaq niyyətində deyil. Aktyor iki sənədli filmə çəkilməyi planlaşdırır. (axsam.az)