

Ərdəbilin içməli su problemi illərdir həll edilmir
Arazın o tayı da, bu tayı da Vətəndir, ona dil uzatmaq olmaz!
Əhməd Obalı: “Azərbaycançılıq irançılığa, türkçülük farsçılığa qarşı mübarizə aparır”
Quzeydən güneyli siyasi məhbuslara dəstək
Təbrizli deputatdan Xameneyinin müşavirinə cavab verdi
Güneyin Qərbi Azərbaycan vilayətində sosial media fəalı 3 ay azadlıqdan məhrum edib
Şəhərin çıxışında uzun avtomobil tıxacı yaranıb
Əyalətdə Krım-Konqo qızdırması yayılıb
Babək Xürrəminin anım günü ilə bağlı afışalar yayılıb
Təbrizin su çatışmazlığı böhran həddində
Fars-molla rejimi həbsdə olan zəncanlı jurnalistin dərmanlarını müsadirə edib
Bölgəni kürdləşdirməkdə maraqlı olan fars-molla rejimi heç bir tədbir görmür
Təbrizdə ənənəvi Babək Qurultayı ilə bağlı afişalar yayılıb
Araz Elsəs: “Bütöv Azərbaycana bu gün dünəndən daha çox yaxınıq”
Türkcəni latınca yazmağı cinayət kimi göstərmək 40 milyon türkə nifrətin nümunəsidir
Ərdəbildə siyasi məhbuslara dəstək aksiyası
İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib etirazçıları “təxribatçı” adlandırıb, onların xaricdən idarə olunduğunu iddia edib. İran prokurorlarının ümumölkə toplantısında çıxış edən nazir etirazçıları və təşkilatçıları hədələyərək onlara qarşı sərt tədbirlər görüləcəyini deyib.
“Qanunsuz etiraz aksiyasına qoşulan və aksiya təşkilatçılarına qarşı daha sərt qanuni tədbirlər görəcəyik”, – deyə Xətib bildirib.
O, aksiyaları “düşmən ölkə və qüvvələrin” təşkil etdiyini iddia edərək, təhlükəsizlik əmurlarının bunun qarşısını alacaqları ilə bağlı daha geniş tədbirlər görəcəyini söyləyib.
Nazir xüsusilə sosial medianın aksiyaları işıqlandırması və məlumatların yayılmasındakı rolundan narahatlığını ifadə edib.
Qeyd edək ki, mayın 6-da Xuzistan əyalətində bahalıq və ərzaq qıtlığına qarşı başlanan etiraz aksiyaların davam edir və hal-hazırda ölkənin 15 əyalətinə yayılıb.
Aksiyalarda yüzlərlə etirazçı saxlanılıb, çox sayda insan yaralanıb və bu günə kimi 6 nəfərin güllələnərək öldürüldüyü təsdiq olunub.
Sosial media fəalları və insan haqları təşkilatları öldürülənlərin sayının rəsmi açıqlamalarda göstərilənlərdən qat-qat çox olduğunu bildirirlər.