vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
DİGƏR NÖVLƏR  
18:52 | 11 iyun 2022 | Şənbə Məqaləyə 1676 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Formula 1” haqda bilmədikləriniz

Hamiltonun qələbəsi Şumaxerdən daha çoxdur

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda cümə günü başlayan Formula 1-də açılış məşq yarışında “Red Bull” komandasından Sergio Perez ən yaxşı vaxt göstərib. Onun ardınca Ferrari komandasının pilotu Şarl Lekler gəlir. Üçüncü nəticəni Maks Verstappen (“Red Bull”) göstərib.

Yarışçılar 6 kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trekdə mübarizə aparırlar.

“Formula-1” yarışları ilə bağlı sizə maraqlı ola biləcək sualları bir arada.

1-ci yer - 25 xal, 2-ci yer - 18 xal, 3-cü yer - 15 xal, 4-cü yer - 12 xal, 5-ci yer - 10 xal, 6-cı yer - 8 xal, 7-ci yer - 6 xal, 8-ci yer - 4 xal, 9-cu yer - 2 xal, 10-cu yer - 1 xal

Hər yarışın qalibi 25 xal qazanır. 10-cu yeri alan isə 1 xal alır.

Yarışlar həftəsonu keçirilir və 3 məşq yarışından, kvalifikasiya yarışından və yarışın özündən ibarətdir.

***

Cümə günü - İki 60 dəqiqəlik məşq yarışı.

Şənbə günü - Bir 60 dəqiqəlik məşq yarışı. Daha sonra 60 dəqiqəlik kvalifikasiya yarışı. Bazar günü – Final.

Kvalifikasiyanın 3 mərhələsi olur:

Q1 - sürücülərə 18 dəqiqə vaxt verilir ki, bir dövrəni ən qısa bir zamanda etsinlər. Raundun sonunda ən sürətsiz 5 maşın yarışdan çıxarılır və finalı axırıncı 5 yerdə başlayacaq;

Q2 - qalan sürücülərə 15 dəqiqə vaxt verilir, onlardan sonuncu 5 maşın yarışdan çıxarılır və finalı 11-15 yerlərdə başlayacaq;

Q3 - Kvalifikasiya raundunun son mərhələsində maşınlar 12 dəqiqə ərzində halqanı dövriyyə edir və qalan start yerləri müəyyən olunur.

Kvalifikasiya yarışının özü 2 saatdan çox ola bilməz - amma “qırmızı bayraq” olsa, yəni yarış dayandırılsa, 3 saatdan çox davam edə bilməz.

***

Sürücülərə mühüm mesajları çatdırmaq üçün bayraqlardan istifadə olunur.

Sarı bayraq: Yavaşla, ötüb keçmə.

Yaşıl bayraq: Trek açıqdır

Qırmızı bayraq: Yarış dayandırılır

Göy bayraq: Daha sürətli maşın ötüb keçmək istəyir

Damalı bayraq: Yarış bitib

Qara bayraq və maşının nömrəsi: Yerinə qayıt (diskvalifikasiya)

2022-ci ildə keçirilən “Formula-1” yarışlarında 10 komanda iştirak edir. Hər komandada iki sürücü yarışır.

Onlar fərdi olaraq sürücülərin çempionatında iştirak edir, ümumi xallar isə konstruktorların çempionatı üçün komandalara görə hesablanır.

Mövsümün sonunda ən çox xal qazanan sürücü və komanda dünya çempionu olur. Yarışlarda daha iki keçmiş çempion iştirak edir: Sebastian Vettel (2010, 2011, 2012 və 2013 qalibi) və Kimi Raikkonen (2007 qalibi)

Ötən il çempion sürücü Max Verstappen, çempion konstruktor Mercedes olub. Bu komanda ötən il 21 yarışdan 11-də qalib gəlmişdi.

***

“Formula 1” Dünya Çempionatı 1950-ci ildə başlayıb. İlk çempion 44 yaşlı Giuseppe Farina olub, konstruktorlar arasında isə ilk çempion 1958-ci ildə seçilib – “Vanwall”.

Hazırda ən çox qalib gələn sürücü Levis Hamiltondur. O, 103 yarışı qazanıb və 7 dəfə çempion olub.

Mixail Şumaxerdə də 7 dəfə çempion olub. Amma o, cəmi 91 yarışda qalib gəlib.