

Mənuçöhr Ağayinin məhkumluq müddəti bitdiyi üçün sərbəst buraxıldı
İranda Şərqi Azərbaycanın rəhbəri qızıl mədənlərində qeyri-şəffaflığı tənqid edib
Bağlanmış fabrikin işçiləri 10 il sonra hələ də işlə təmin olunmayıb
Əmir Mərdani: “Rejim artıq özü də vəziyyəti etiraf etməyə məcbur qalıb”
Sakinləri təxliyə ediləcək
Güney Azərbaycanda azadlıq toxumu səpən Səməd Behrənginin doğum günüdür
Bütün yaş qrupları üçün təhlükəlidir
İran İnqilab Keşikçiləri Korpusuna bağlı media təbrizli millət vəkilini hədəfə alıb
“Güney Azərbaycanında türk dili təhlükə altındadır və biz bunun fərqində deyilik”
Güney Azərbaycanda xeyli insan spirtli içkidən zəhərlənib
Qərbi Azərbaycana yerləşmiş kürd köçkünlər yerli əhalini qovmağa çalışır
Bölgənin bitki örtüyü məhv olmaqda davam edir
Şəhər küçələrində 13 aktivistin fotosu olan baner asılıb
Təbrizdə başlayan vərəqlər aksiyası bütün Güney Azərbaycana yayılır
Qütbəddin Sadiqi ikinci Qarabağ savaşı vaxtı Azərbaycana qarşı irqçi çıxışlar edibmiş
Xəstəxanalar, həbsxanalar, tələbə yataqxanalarının qida təchizatı kəsilə bilər
Hüquq müdafiəçisi Jalə Təbrizli son vaxtlar İran Azərbaycanında təhlükəsizlik qüvvələri tərəfindən təhdid və basqılara məruz qalan milli fəallar haqqında məlumat verib.
Təbrizli həmçinin bir müddətdir İranın müxtəlif bölgələrində çox sayda məktəblilərin müşayiəti ilə ifa edilən “Salam Komandir” adlı dini və hərbi mahnı haqqında danışıb. O, bu mahnının ifasında uşaqlardan istifadə edilməsini uşaq istismarı kimi dəyərləndirib.
Son aylarda İranın müxtəlif bölgələrində iqtisadi vəziyyətlə bağlı etiraz aksiyaları artmaqdadır. İyun ayının 6-da Təbrizdə təqaüdçülərin təşkil etdiyi böyük etiraz yürüşündə sayları minlərə çatan nümayişçilər İran dövləti və rəsmilərinə qarşı sərt şüarlar səsləndirib.
Jalə Təbrizlinin sözlərinə görə, təhlükəsizlik qurumları bu növ iqtisadi etirazların yayılmasını önləmək üçün milli fəallara basqı edirlər: “Məsələn Əyyub və Davud Şiri 2019-cu ildə benzinin qiymətinin artmasına qarşı etirazlarda da tutulmuşdular. Yəni, kimin ki, iqtisadi etirazlarda iştirak edə biləcəyindən şübhələniblər, onlar təhdid ediblər, bəzilərini də tutublar. Təkcə xəbəri yayılanlar deyil. Bəziləri səssiz tutulub, səssiz də çıxıblar və ya telefonla təhdid ediliblər ki, küçəyə çıxmasınlar. Etirazlar olanda, təhlükəsizlik qurumları həmişə diqqət edirlər ki, milli fəalları səhnədən çıxarsınlar.”
Hüquq müdafiəçisi əlavə olaraq Təbrizdə təqribən 10 gün nəzarətdə saxlanıldıqdan sonra mülki zəmanətlə sərbəst buraxılan milli fəal Sima Əlipur və həyat yoldaşı Davud Dirəxşan haqqında məlumat verib.
“Sima Əlipur (Əkrəm Məşhədi Əlipur) və həyat yoldaşına açıq deməyiblər ki, niyə tutulublar. Bu xanım, həbsxanada aclıq aksiyası başladıb və bu səbəblə bir həftə aclıqdan sonra hər ikisini də zəmanətlə azad ediblər. Məhkəmələri sonra təşkil olunacaq. Bunlar həbsxanada çox əziyyət görüblər. Ona görə ki, onları gəlib, evlərində niyə saxladıqlarını bilməyiblər”, – Jalə Təbrizli bildirib.
Hüquq müdafiəçisi müsahibədə həmçinin bu günlərdə İranda populyar olan və İslam Respublikası qurumlarının təbliğ etdiyi “Salam Fərmandeh (Komadir)” mahnısı haqqında danışıb. O, bu mahnının ifasında uşaqlardan istifadə edilməsini uşaq istismarı kimi dəyərləndirib.
Bir müddətdir İranın müxtəlif şəhərlərində ifa edilən “Salam Komandir” adlı pop mahnı medianın və siyasi qrupların gündəmindədir. Dini və hərbi məzmunu olan “Salam Komandir” mahnısı adətən çox sayda məktəbli uşaqların müşayiəti ilə ifa edilir. Yarı-rəsmi İSNA agentliyinin bildirdiyinə görə, mahnının türkcə versiyası Təbriz Bələdiyyəsi və Bəsic (İslam İnqilabı Qvardiyasının (SEPAH) könüllü qüvvələri) tərəfindən hazırlanıb. Mahnının bir hissəsində uşaqlar bu sözləri oxuyur: “Salam komandir, Seyid Əli Ağamın ordusu hazırdır... Baxma kiçikdir qəddim (boyum), mən də Bakiri kimi durub cihad edərəm”.
“10 yaşındakı qızları və oğlanları seçib və onlara hərbi və dini mahnıları öyrədirlər. Uşaqlar bunu bir konsert kimi görür. Amma bu konsert deyil. "Salam Komandir" mahnısında Xameneyidən bəhs edirlər, uşaqları cihada və şəhid olmağa hazırlayırlar. Bu bir konsert kimi uşaqların xoşuna gəlir. Çünki, birlikdə olurlar. Amma, əslində onların beynini yumaq üçündür”, – Jalə Təbrizli söyləyir.