

Mənuçöhr Ağayinin məhkumluq müddəti bitdiyi üçün sərbəst buraxıldı
İranda Şərqi Azərbaycanın rəhbəri qızıl mədənlərində qeyri-şəffaflığı tənqid edib
Bağlanmış fabrikin işçiləri 10 il sonra hələ də işlə təmin olunmayıb
Əmir Mərdani: “Rejim artıq özü də vəziyyəti etiraf etməyə məcbur qalıb”
Sakinləri təxliyə ediləcək
Güney Azərbaycanda azadlıq toxumu səpən Səməd Behrənginin doğum günüdür
Bütün yaş qrupları üçün təhlükəlidir
İran İnqilab Keşikçiləri Korpusuna bağlı media təbrizli millət vəkilini hədəfə alıb
“Güney Azərbaycanında türk dili təhlükə altındadır və biz bunun fərqində deyilik”
Güney Azərbaycanda xeyli insan spirtli içkidən zəhərlənib
Bölgənin bitki örtüyü məhv olmaqda davam edir
Şəhər küçələrində 13 aktivistin fotosu olan baner asılıb
Jalə Təbrizli: “Təbrizdə milli fəallara etirazlarda iştirak etməmələri barədə xəbərdarlıq olunur”
Təbrizdə başlayan vərəqlər aksiyası bütün Güney Azərbaycana yayılır
Qütbəddin Sadiqi ikinci Qarabağ savaşı vaxtı Azərbaycana qarşı irqçi çıxışlar edibmiş
Xəstəxanalar, həbsxanalar, tələbə yataqxanalarının qida təchizatı kəsilə bilər
Qərbi Azərbaycan əyalətinin Ağcaqala kəndinin əhalisi etnik kürdlərin onları silah və zor gücünə bölgədən deportasiya etməyə çalışdığını bildirib.
Kəndlilər Ağcaqala ətrafına sonradan yerləşən köçkünlərin əsasən silah və narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu, yerli əhalinin əkin və bağ sahələrinə xəsarət yetirdiyini, bölgə əhalisini təhdid edərək oradan köçmələrinə çalışdığınıı deyiblər.
“Bizi əzəldən burada yaşamağımıza, daima əmək fəaliyyəti ilə məşğul olmağımıza baxmayaraq, adi avtomobil ala bilmirik. Ancaq sonradan bölgəyə gələn köçkünlər ən bahalı avtomobilləri alır, bizim ərazilərimizi zəbt edir və mal-heyvanlarımızı oğurlayırlar”, – deyə ağcaqalalılardan biri bildirib.
Son bir neçə gün ərzində demək olar ki, bütün kürd televiziya kanalları, saytları və sosial media qrupları Yaz bayramı şənliklərindən Qərbi Azərbaycan əyalətinə qarşı torpaq iddiaları irəli sürmək fürsəti kimi yararlanmağa çalışıblar.
Hətta özlərini solçu-kommunist adlandıran kürd təşkilatları Azərbaycanın Urmiya, Piranşəhr, Sərdət, Soyuqbulaq, Tikantəpə kimi şəhərlərini “kürd torpaqları” adlandırıb, burada kürdlərin Yaz bayramı keçirdiklərini iddia ediblər.