vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
12:43 | 24 iyun 2022 | Cümə Məqaləyə 819 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qəzvində 70 binanın uçmaq təhlükəsi var

Sakinləri təxliyə ediləcək

TİMUR

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın Qəzvin şəhərinin bələdiyyəsi "Fars körfəzi" adlı çoxmərtəbəli binanın sahiblərinə təhlükə xəbərdarlığı ilə bağlı məktub göndərib.

Məktubda çox sayda insanın həyatının təhlükədə olduğu bildirilir, onlardan bir həftə ərzində binanı boşaltmağı tələb edilir. 

Məktubda binanın təxliyə edilməsinə dair Qəzvin Prokurorluğunun göstərişi, eləcə də bələdiyyə və Yanğınsöndürmə və Təhlükəsizlik İdarələrinin dəfələrlə etdikləri xəbərdarlıqlara da toxunulub.

Bundan başqa, Qəzvin valiliyi bölgədə təhlükəli vəziyyətdə olan 70 çoxmərtəbəli binanın olduğunu elan edib. 

Qeyd etmək lazımdır ki, mayın 23-də İranın Abadan şəhərində Metropol adlı hündürmərtəbəli binanın çökməsi onlarla insanın ölməsi və yaralanmasına səbəb olmuşdu.

Bundan sonra ölkədə minlərlə qəzalı vəziyyətdə olan və ya keyfiyyətsiz tikilmiş və hər an uçmaq ehtimalı olan binaların mövcud olduğu barədə məlumatlar yayılır.