
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan ölkənin ali rəhbəri Əli Xameneyinin ali müşaviri Əliəkbər Vilayətinin Azərbaycan Respublikası ilə bağlı səsləndirdiyi son fikirlərə cavab verib.
“Heç bir ölkənin daxili işlərinə qarışmamalıyıq. Ancaq istər-istəməz elə hadisələr baş verir ki, ölkələr bizim onların işlərinə müdaxilə etdiyimizi hiss edirlər.
Bizim xarici siyasətdə üslubumuz diplomatik qaydalara uyğun deyil”-deyə, təbrizli nümayəndə bildirib.
O, xüsusilə qonşu ölkələrin İranın onların daxili işlərinə qarışdığı ilə bağlı zehniyyətlərinin olduğunu söyləyib.
“Bəzən mübahisələrdə bizlərə Amerika və Avropa ilə eyni mövqedə olmağı irad tuturlar. Deyirəm ki, hələlik bu sözləri buraxın və qonşularımızla dost və yaxud düşmən olduğunuzu bəlli edin.
Qonşu ölkələr bizim tərəfimizdən dostluq mövqeyi hiss etmirlər”, – deyə Məsud Pezeşkiyan rəsmi Tehranı bölgə ölkələri ilə normal münasibət qura bilməməkdə qınayıb.
Pezeşkiyanın fikrincə, ölkədə problemlər vaxtında həll edilmədiyi üçün üst-üstə yığılır və daha sonra onları çözmək daha da çətinləşir, buna görə də ölkə həm daxildə və həm də xaricdə müxtəlif problemlərlə üzləşir.
Qeyd edək ki, iki gün öncə Əli Xameneyinin ali müşaviri Əliəkbər Vilayəti bir daha Azərbaycan Respublikasının iç işlərinə qarışaraq Azərbaycan-İsrail əlaqələrini tənqid edib.
“Bizim onlarla yolumuzun ayrılmasının səbəbi Azərbaycanın İsraillə olan əlaqələridir”-deyə, Vilayəti “Təsnim” xəbər agentliyinə müsahibəsində bildirib.
Sosial media istifadəçiləri Pezeşkiyanın fikirlərini paylaşıb, Təbrizin millət vəkilinin çıxışını Əliəkbər Vilayətinin Azərbaycan Respublikasına qarşı səsləndirdiyi ittihamlara cavab kimi dəyərləndiriblər.