İran adlı tabu
Tarix bir daha təkrar olunursa, ona “xəyanət” deyirlər
Musa HAŞİMİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Güneydə millətçi olmayanı adam saymırlar
Yaxud İranı Amerika kimi danışdıran ermənilər
-
Cücərəcək!
Seçkilər güneylilərə milli ruh verdi, inam toxumları səpdi
-
Pezeşkiyanı çətin bir yol gözləyir
Cəlili prezident və nazirlər kabinetinə nəzarət etmək üçün “kölgə hökumət” yaradıb
-
Pişəvərinin ölümü!
Yaxud erməni terroru yoxsa Sovet kəşfiyyatının əməliyyatı
-
Cənubi Azərbaycan düyünü ...
Dövlətin adını Şimali Azərbaycana dəyişmək bunu açacaqmı?
-
... “Səhər”in səsi
Məhəmməd Kazım Şəriətmədari haqda bir müsahibə ilə xırp kəsiləcək ...
-
Güneylilər Bakıda
Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri siyasi partiyalar və QHT-lərlə görüşəcək
-
Teatr işçiləri hicabdan imtina edib
“Şou bitəcək və həqiqət üzə çıxacaq”
-
Adı qalaya verilən sərkərdə
Milli qəhrəman Kazım Xan Quşçu kimdi?
-
Güneylə 90-cı illərin Quzeyi
Bugünkü müzakirə və gəlişmələr öz sözünü mütləq deyəcək
-
Güney Azərbaycanda fəlakət
Hirkan meşələri dördü gündür yanır
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Güneydə ümummilli aksiya təyin olundu
21 Azər hərəkatına hazırlıq gedir
-
Pezeşkiyan rejimə səsləndi
Təbrizli millət vəkili etirazçıların səsini eşitməyə çağırdı
Son iki ay içində İranda keçirilən etiraz aksiyaları barədə bəzi fikirlərimi əziz oxucular ilə paylaşmaq istərdim.
Ümumiyyətlə, İran islam hökumətinin qeyri-demokratik davranışları, bu gün ölkə əhalisini dözülməz bir duruma gətirib çıxarmışdır və bu həqiqət hamımıza aydındır. Buna görə də bu rejimin devrilib məhv olması hər bir vicdanlı insanın istəyi və arzusudur. Amma duyğulara qatılıb, rejimin devrilməsi nəyin bahasına olur-olsun demək sanki, 1978-ci ildə Pəhləvi hökumətini devirmək və Ruhulla Xomeyninin iqtidara gəlməsini xatırladır...
Müəyyən səbəblərə görə İran islam hökumətinin müxalifəti, hətta rejim daxilindəki pan-iranistlər və... sairələri arxada bir araya gəlib və yenə fars mehvərli İran rejimini qorumaq amacı ilə bugünkü etirazların keçirilməsində yüksək rol oynayırlar. Səltənətçilərində bu hərəkatı mənimsəməyə can atmaqlarını aydıncasına hiss etmək olur!
İndiyə qədər sübut olduğu kimi, insan haqlarına göz yuman totalitar İran islam rejimi qarşısına mükəmməl düşünülmüş plan, strategiya və proqramlarla çıxmasaq daha ağır faciələrlə qarşılaşa bilərik. Suriyadakı Bəşər Əsəd rejimi buna bariz bir nümunədir! İran islam rejimi tərəfindən bu son həftələr bir çox insanın özəlliklə, qadınların qətlə yetirilməsi, zindanlara salınması və işgəncələr hər bir azadlıq sevər insana ürək acısı verir. Bu vasitə ilə bütün həlak olanlara rəhmət, ailələrinə dözüm, səbir diləyirik və qan içən rejimi, qeyri-insani əməllərinə görə şiddətlə qınayırıq!
Bu gün İranda sistem dəyişməkdə daha biz Azərbaycan türklərinin öndə getməsi zəruri deyil! Görəsən, 1906-ci il Məşrutiyyət inqilabı, 1920-ci il Azadistan hərəkatı, 1945-ci il Azərbaycan Milli Hökuməti, hətta 1979-ci il Azərbaycan Xalq müsəlman hərəkatı və hamısından güclü və milli xarakter daşıyan bugünkü Azərbaycan milli-mədəni hərəkatı buna bariz nümunələr deyil mi?!
Günümüzə qədər azadlıq uğrunda şirin canlarını fəda edən insanlarımızın şərəfli xatirələrini unutmaq, Güney Azərbaycanın hal-hazırdakı ağır ictimai, sosial, iqtisadi, siyasi durumunu olduğu kimi dərk etməmək, keçmiş təcrübələrə bilə-bilə göz yummaq bağışlanılmaz və böyük bir yanlışlıqdır! Çünki hər zaman azərbaycanlıların azadlığını məhv edən, onların haqlarını tanımayan və daima əsarət altında saxlamaq istəyən İran demokratları olmuşdur.
Elə bu gündə İranın bütövlüyü adına dəridən-qabıqdan çıxanlar və Güney Azərbaycan Milli hərəkatını boykot edənlər bu üzdəniraq demokratların varisləridir. Təəssüflə, bunların içində assimilyasiya qurbanları olan və kimliyindən uzaqlaşmış olan bizim ”Manqurtlar” da vardır...
Bildiyiniz kimi, ərəbcədə tarix yəni “keçmiş təcrübə” təcrübə bir daha təkrar olunursa, ona məhz “xəyanət” deyirlər. Bəs necə olur ki, tarixin acı səhifələrini görə-görə, insan bir daha səhv etməyə yol versin?! Bu gün dünyamızda baş verən toplumsal siyasi-ictimai və mədəni hadisələrə baxarkən, xalqımızın özəlliklə gənc nəslin milli istəklərinin qarşısında hər kəs baş əyməlidir. Çünki, azərbaycanlıların milli sərvəti gecə-gündüz hər tərəfli talanır, milli varlığı yoxa çıxır, iqtisadi, rifah və əmniyyət baxımından ən dözülməz şəraitdə yaşamaq məcburiyyətindədir. Belə bir fəlakətdə yaşayan xalqımızın dözümü tökənməkdədir. Bu tarixi fürsətdən faydalanıb öz taleyini, müqəddəratını həll etmək ideyaları millətimizin ən doğal haqqı və tarixi istəyidir!
Acı təcrübələrdən sonra İranın siyasi xəritəsini bu dəfə də “federal-demokratik quruluş” adına qorumaq və əksəriyyəti təşkil edən Azərbaycan türklərini və ya başqa xalqları əsarətdə saxlamağa son verilməlidir! Bu gün bir mənalı şəkildə kəkələmədən, İran adlı TABUNU sındıraraq bütün xalq zümrələri arasında müstəqillik məfkurəsinin qürurla yayılması hər bir milli fəalın milli borcudur! Eləcədə Güney Azərbaycanın azadlığı, özgürlüyünə qovuşması üzərində ciddi plan, strategiya və taktikanın hazırlanması günümüzün ən vacib bir məsələsi sayılır!
Bu günə kimi, Güney Azərbaycan Milli hərəkatının tükənməz gücünün müxtəlif şahidi olmuşuq. Ən sonuncu dəfə, ikinci Qarabağ savaşında Güneydəki xalqımızın Azərbaycan ordusunu himayə etməsi idi. O ərəfədə daxildə milli fəalların aldıqları qərar əsasında, Tehranın Xorasan meydanından tutmuş, Culfa şəhərinə qədər bütün şəhərlərdə möhtəşəm aksiyalara qatılanların uca səsi bütün dostları sevindirib və düşmənləri məyus etmişdi. Ona görə də daxildəki həssas durumu anlamadan Güney Azərbaycan Milli hərəkatının prinsiplərini pozan və daxildə milli fəallarımıza çətinlik törədən xaricdəki bəzi vətəndaşlara, qurumlara, ictimai birliklərə bir daha xatırlatmalıyıq ki, hərəkatda tək rəhbərlik etmək və ya xaricdən rəhbərlik etmək düzgün yol deyil. Mən belə hesab edirəm ki, bu gün orada atılan bütün addımlar, verilən qərarlar, real durum nəzərə alaraq daxildən, toplum tərəfindən idarə olunmalıdır.
Bu dəfə bir yanlışlıq etməyək və belə bir tarixi şansı əldən buraxmayaq! Tarixin təkrar olmasına yol verməyək!