İnternet sərsəmliyi ...
... Yaxud çəkilməyən filmin müzakirəsi
Xəqani SƏFƏROĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Tramp Media”nın səhmləri çökdü
Keçmiş prezidentinin itkisi ən azı 766 milyon dollardır
-
Keçmiş rəhbərliyin “qara siyahı”sı
1.5 milyard istifadəçi adını pozmağa hazırlayan Maskdan sessasion iddia
-
Qohumbaz Mask ...
İşçilərinin 70 faizini qovan “Twitter” direktoru əmisi oğullarını işə götürüb
-
Mask vəkili qovdu
Beyker “Twitter”dəki senzura əməliyyatının iştirakçısı olub
-
Uest-Mask gərginliyi tam sürət davam edir
Reper iş adamına yarı çinli genetik hibrid dedi
-
“Məni öldürə bilərlər!”
İlon Mask Kennedini misal çəkdi: “Heç vaxt üstüaçıq avtomobillə parad keçirməyəcəyəm”
-
“Twitter sənədləri” ABŞ-ı çalxalayır
Respublikaçı konqresmenlər Co Baydenin oğlu ilə bağlı senzurada iştirak edən hər kəsi dinləməkdə qərarlıdır
-
““Twitter” Baydeni qoruyub?
“İlon Mask keçmiş rəhbərliyin ABŞ prezidentinin Baydenin oğlu barədə yazıları necə senzura etdiyini açıqladı
-
“Twitter”də skandal
İstifadəçi məlumatları sızdırılıb
-
“İcimaiyyət hər şeyi bilməlidir”
İloan Mask “Twitter”lə bağlı sənədlər paylaşacağına söz verib
-
“Həqiqəti pulla satmaq təhlükəlidir”
100-ə yaxın reklamçının tərk etdiyi “Twitter”ə 2 milyardlıq ziyan deyib
-
“Böyük potensial var”
İlon Mask 3 min nəfərdən çox adamı işdən çıxardı
-
Mask “Twitter”i almaqdan vaz keçdi
Səhmlər 6 faiz ucuzlaşdı
-
Mask Pekinlə sövdələşməyə gedəcəkmi?
“Tesla” sahibinin “Twitter”ə yiyələnməsindən ehtiyatlananlar çoxalıb
-
“Twitter”in sensasiyalı satışında problem
İlon Mask 44 milyon dollarlıq satışının müvəqqəti olaraq dayandırıldığını bildirir
-
Sosial şəbəkələrə milyonlarla cərimə
“Facebook” 4, “Twitter” 3, “TikTok” 2 milyon rubl cərimələnib
Sosial şəbəkələrin kütləvi psixoz yaratması barədə deyilənlərin əsası var deyəsən. “Twitter”də “Qonçarov.1973” adlı filmin qızğın müzakirəsi gedir. Yüz minlərlə adam bu filmi müzakirə edir. Yəqin deyəcəksiniz ki, nə var ki burda?
Məsələ burasındadır ki, belə bir film...yoxdur!
Bu, zarafatla uydurulmuş bir memdir. Guya 1973-cü ildə Martin Skorseze bu filmi çəkib. Mafiya haqqında olan filmdir.
SSRİ-dən qaçan Qonçarov Neapolda mafiyaya başlıq edir. Baş rolda da Robert de Niro və Al Paçino çəkilib. İddia olunur ki, dünyanın ən yaxşı klassik mafiya barədə olan bu film unudulub.
Adamın nitqi tutulur.
Yüz minlərlə adam film barədə yazır, ondan sitatlar gətirir hətta... kadrlar paylaşırlar.
Amma belə film yoxdur. Çəkilməyib!
Amma heç kimi inandırmaq olmur.
“Qonçarov 1973” filmi qiymətini almamış, unudulmuş bir filmdir. Bu, ola bilsin ki, “Xaç atası” filindən də yaxşıdır”, – deyə “Twitter” istifadəçiləri yazırlar.
Hamı bu filmi axtarır, ən xoş sözləri yazırlar.
Adi bir zarafat belə bir əcaib hay-küy yaradıb. Minlərlə insan dahi rejissor Martin Skorsezeyə yazır.
O isə susur!
Nə desin? İnternet sərsəmliyini necə izah etsin?
Hələ ki, “Qonçarov 1973” mifik filmi heyranlıqla müzakirə olunur. Filmin qəhrəmanları, süjet xətti, intriqalar da məlumdur.
Deyəsən bircə qalır Skorsezenin həqiqətən bu filmi çəkməyi!
Virtual dünyadan geri qayıtmaq üçün yolu bilməyənlər bu torun asan qurbanlardır.