
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
ABŞ dövlət katibi Marko Rubionun Latın Amerikasının kiçik dövlətlərinə - Panama, Qvatemala, Salvador, Kosta-Rika və Dominikan Respublikasına səfəri planlaşdırılır. Rubionun səfərinin Panamadan başlamasının səbəbi aydındır. Rubio Trampın əmrini yerinə yetirməyə gedir, Vaşinqton Panama kanalını nəzarət götürməyə çalışır.
Rubio Panama rəybərliyi ilə həm kanalın Amerikaya qaytarılması, həm də Çinin bu dövlətdə möhkəmlənməsindən irəli gələn narahatlığı müzakirə edəcək. Çin şirkətləri Panamanın iki böyük limanına nəzarət edir. 2024-cü ildə həmin limanlardan 3.7 milyon konteyner daşınıb. Pekin bununla kifayətlənmək istəmir. Çin Panamanın infrastruktur layihələrinə böyük yatırımlar qoyub. Misal üçün Çin Panamadan Kosta-Rika sərhədinə qədər yüksək sürətli dəmiryolu tikintisini maliyyələşdirir. Panama kanalı üzərindən ABŞ miqrant axını da həyata keçirilir. Ağ Ev bunun da qarşısını almağa çalışır. Rubio bu mövzunu Mərkəzi Amerika ölkələrinə səfəri zamanı müzakirə edəcək.
Bu arada, ABŞ Senatının ticarət, elm və nəqliyyat komitəsində Panama kanalıyla bağlı dinləmələr keçirib. Komitənin sədri, Texas ştatından olan senator Ted Kruz Trampın kanalla bağlı söylədiklərini təkrarlayıb: “Panama kanalını ABŞ maliyyələşdirib və inşa edib. Buna baxmayaraq, Panamanın ABŞ-a münasibəti ədalətli deyil”. Göründüyü kimi, Kruz da Tramp kimi düşünür. Senator ABŞ-ın ticarət gəmilərinin kanalın istifadəsinə görə yüksək gömrük haqları ödəməməsi qənaətindədir.
Senatın digər üzvləri Çinin Panama kanalından artan rolundan narahatlıqlarını bildiriblər. Respublikaçı senatorlar bildiriblər ki, Panama kanalı ABŞ üçün yalnız iqtisadi baxımdan deyil, milli təhlükəsizlik baxımından da əhəmiyyətlidir. Ona görə də senatorlar ABŞ-ın dəniz strategiyasının dəyişməsi vacibliyini vurğulayıblar. Dinləmələrdə çıxış edən ABŞ-ın Federal Dəniz Komissiyasının sədri Luis Sola senatorlarının narahatlıqlarını bölüşdüyünü deyib: “Çin Latın Amerikası ölkələri ilə müqavilələr imzalayanda sazişdə bir bənd kimi çinli işçilərin cəlb edilməsini yazır. Bu Panamaya da aiddir. Çinin Panamada müxtəlif layihələri mövcuddur və bu layihələrdə çinli işçilər çalışırlar və onlar kanal ətrafında tikanlı məftillər salıblar”. Bəzi senatorlar hesab edirlər ki, Çin panamalı məmurları pulla ələ alıb.
Beləliklə, Ağ Ev sahibi Panama kanalına nəzarət uğrunda mübarizədə Senatın simasında müttəfiq qazanıb. Bu o deməkdir ki, Donald Tramp Panama kanalının ələ keçirilməsi üçün daha ciddi tədbirlərə əl atacaq. Panama dövləti buna imkan verməsə, ABŞ-ın güc yolundan istifadə edəcəyi ssenariləri də gündəmdədir.