İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
11:18 | 2 fevral 2025 | Bazar
Məqaləyə 520 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri və Tehranda qonşu dövlətin rəsmiləri ilə görüşləri davam edir. Bu səfər bir neçə səbəbdən Azərbaycan üçün əhəmiyyətlidir. Birincisi, Tehranın diqqətinə bir daha çatdırılıb ki, Azərbaycan cənub qonşusuyla münasibətlərdə gərginlik istəmir, ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.
İkincisi, Ermənistanın mövqeyinə görə, Zəngəzur dəhlizi yubandığına görə, Azərbaycan İran ərazisindən – Araz çayının sahili ilə keçən dəhlizə əhəmiyyət verir. Çayın üzərində körpünün inşaatı bitmək üzrədir. İran üzərindən dəhlizin qısa müddətdə işə düşməsinin bölgə ölkələri üçün faydası olacaq. Bunu Tehran da anlamamış deyil. Üçüncüsü, Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən İsrail və ABŞ-la münasibətlərinin İrana qarşı yönəlmədiyi dəfələrlə deyilsə də, bu Tehranda təkrarən iranlı rəsmilərin diqqətinə çatdırılıb. Dördüncüsü, rəsmi Bakı mötədil Prezident Məsud Pezeşkianla normal əməkdaşlığa ümid edir. Pezeşkianın da Azərbaycanla əməkdaşlığa marağı var. Mümkündür ki, Tehrandakı danışıqlarda iki ölkə Prezidentinin yaxın müddətdə görüşünün təşkili barədə də fikir mübadiləsi aparılıb.
Bu sadalanan müsbət məqamlara baxmayaraq, İranın mühafizəkar və dini dairələri növbəti anti-Azərbaycan təxribatları ilə əldə edilənlərin üstündən yenə xətt çəkə bilərlər. Hər dəfəsində belə olur, iki ölkənin rəsmiləri və diplomatları görüşür, tərəfdaşlıqdan və ortaq layihələrdən danışırlar, üstündən bir müddət keçdikdən sonra əyalət mollalarından biri və ya SEPAH generalı Azərbaycanı hədəf götürən açıqlama verir, İran dövlətinin nəzarətindəki televiziya kanalları, agentlikləri və saytları bunları yayımlayır, nəticədə müsbətə doğru irəli sürülən təşəbbüslər yarımçıq qalır.