vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
00:23 | 18 aprel 2014 | Cümə Məqaləyə 2995 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyana çömçə zərbəsi

Kulinariya sərgisində erməni prezidenti ilə, aşpazları gülünc vəziyyətə düşüblər

DUYĞU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Milli Kulinariya Mərkəzi bu günlərdə Türkmənistanda keçirilən sərgidən qayıdıb. Mərkəzin baş direktoru Tahir Əmiraslanov sərgi haqqında təəssüratlarını media ilə bölüşüb. Direktorun sözlərinə görə sərgi çox maraqlı keçib. Aşpazlarımız Aşqabadda sərgiyə qatılanlara Azərbaycan mətbəxinin özünəməxsusluğu, ləziz təamları haqqında ətraflı məlumat veriblər.

Tahir Əmiraslanov əməkdaşımızla söhbətində sərgi zamanı iki ilginc hadisə haqda məlumat verib. Birinci hadisə erməni təmsilçi Qriqoriy Antonyanla bağlı olub. Belə ki, Antonyan dolma və lavaşı misal çəkərək erməni mətbəxinin qədimiliyindən söhbət açmaq istəyərkən ətrafı qəhqəhə və gülüş səsləri bürüyüb. Bütün bunlardan pərt olan erməni aşpaz sözünü fikrini bitirə bilməyib.

İkinci hadisə isə sərgi keçirilən ərəfədə Türkmənistanda rəsmi səfərdə olan Serj Sərkisyanla bağlı olub. Türkmənistan həmkarı Qurbanqulu Berdiməhəmmədovla sərgiyə gələn Sərkisyana aşpazlarımızdan unikal bir kitab hədiyyə olunub. Bu kitabda nəinki Azərbaycan mətbəxinin incilərindən söhbət açılır, həmçinin erməni kulinar Xotranovun yazdığı «Erməni mətbəxi» kitabına yazılmış cavab yazısı və bundan başqa Qarabağ mətbəxi haqqında məqalələr də yer alıb.

Ən maraqlı məqamlardan biri isə kitabın erməni prezidentinə çatdırılması zamanı baş verib. Tahir Əmiraslanovun sözlərinə görə Qurbanqulu Berdiməhəmmədov sərgiyə qatılanda ilk olaraq Azərbaycan təmsilçiləri ilə görüşüb: «Türkmənistan prezidenti bizimlə çox səmimi görüşdü. Biz ondan iki əvvəl rəy yazdığımız «Türkmən dəftərxanası» kitabına avtoqraf verməsini xahiş etdik. Daha sonra ingilis dilində çapdan çıxan «Azərbaycan Kulinariyası» kitabının iki nüsxəsini Türkmənistan prezidentinə təqdim edərək kitabların onlar üçün nəzərdə tutulduğunu bildirdik. Berdiməhəmmədov gülərək kitabları götürdü və bir nüsxəsinin Sərkisyana təqdim etdi».