
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Təbrizdə Şura Seçkilərinin nəticələri ləğv oluna bilər. «Təbriz-i bidar» saytının yaydığı xəbərə görə, bu barədə Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabəyli məlumat verib.
«Şəhər Nəzarət Heyətindəki millət vəkilləri şura seçkilərində bəzi məntəqələrdə səslərin yenidən sayılmasını tələb edir, lakin Şəhər İcra Hakimiyyəti bununla razılaşmır. İndi bu sual yaranır ki, Şəhər İcra Hakimiyyəti nə üçün səslərin 10 faizinin yenidən sayılmasına imkan vermir! Axı bununla bütün şübhələrə son qoymaq mümkündür. Əgər namizədlərin tələbləri təmin edilməzsə, təbii ki, onlar daha çox dirənəcəklər», - deyə millət vəkili qeyd edib.
Əhməd Əlirzabəyli seçki nəticələrinin Şəhər Nəzarət Heyəti tərəfindən təsdiqlənməyəcəyi ehtimalından da danışıb. «Səslərin yenidən sayılması ilə bağlı tələblər təmin edilməzsə, Şəhər Nəzarət Heyəti seçkilərin nəticəsini təsdiqləməyərək onu ləğv edəcək. Mərkəzi Seçki Heyəti isə onu təsdiqləyəcəyi təqdirdə bütün məsuliyyəti öz üzərinə götürmüş olacaq. O zaman bu işin bədəli onlar üçün ağır olacaq. Cəmiyyətin etimadına xələl gətirilməməlidir», - deyə o vurğulayıb.
Təbrizin millət vəkili seçkilərin nəticəsinə etiraz edən namizədlərlə keçirdiyi iclasa işarə edərək bildirib ki, «Şənbə günü şübhə doğuran sandıqlarda səslərin 10 faizinin yenidən sayılması ilə bağlı qərar qəbul olunmuşdur, lakin buna icazə verilmədi və namizədlərin etirazları hələ də davam edir».
Qeyd edək ki, rejimin Şura Seçkilərində etdiyi saxtakarlıq bəzi şəhərlərdə, o cümlədən Güney Azərbaycanın Urmiyə və Zəncan şəhərlərində bir çox seçki namizədinin etirazına səbəb olub.
İranda prezident və şəhər şurası seçkiləri mayın 19-da keçirilib.