
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Ərdəbil dəmir əritmə zavodu və Zəncanın Ənquran bölgəsində yerləşən qurğuşun və sink mədəninin ixtisara düşmüş işçiləri, əmək haqlarını ala bilmədiklərinə və işsiz qaldıqlarına görə etiraz edirlər.
Qurğuşun və sink mədəninin ixtisara düşmüş işçiləri və ətrafdakı kəndlərin əhalisi yerli işçilərin işdən çıxarılmasına və onların yerinə digər bölgələrdən olan işçilərin götürülməsinə etiraz olaraq şənbə günü «Kalsimin» şirkətinin binası önündə toplaşıblar.
«Yerlilər işsiz ikən, mədənin başqa bölgələrdən gətirdiyi işçilər iş başındadır. Etirazlardan sonra Əmək və Məşğulluq İdarəsinin müdaxiləsi ilə bizə yenidən işə qaytarılacağımızı bildirdilər, lakin verilən vəd yerinə yetirilmədi», - deyə etirazçı işçilər bildirib.
Keçən iki il ərzində Ənquran mədəninin 200 işçisinin ixtisara düşdüyü bildirilir.
Ərdəbil dəmir əritmə zavodunun ixtisara düşmüş 88 işçisi isə uzun müddətdir əmək haqlarını ala bilmədikləri üçün dəfələrlə Əmək və Məşğulluq İdarəsi və Valilik binası önündə etiraz mitinqi keçiriblər. Lakin son məlumata görə, Ərdəbil prokuroru Nasir Ətəbati zavoddan 88 işçinin ixtisar edilməsi və önların 3 milyard tümən əmək haqqının şirkət tərəfindən ödənilməməsində İş və Məşğulluq İdarəsini günahkar elan edib. «İşçilər 18 aydır iş yerinə getmədiyi halda, İş və Məşğulluq İdarəsi onların ixtisara düşdüyünü qeyd etməyib. Məhz bu səbəbdən işçilər təxminən 3 milyard tümən məbləğində şirkətdən pul tələb edirlər. İş və Məşğulluq İdarəsi, işçilərin ixtisara düşdüyünü qeyd etmədiyi üçün onlar əmək haqlarını tələb etməkdə haqlıdır», - deyə prokuror bildirib.
Ərdəbil valisi Məcid Xudabəxş də sözgedən işçilərin iddiasının təmin olunacağını deyib. «Keçirilən bir çox iclaslardan sonra nəhayət ki, işçilərə olan 3 milyard tümən borcun ödəniləcəyinə qərar verilib. Bu barədə artıq nigaranlığa səbəb yoxdur», - deyə o bildirib.
Qeyd edək ki, Güney Azərbaycanda hökm sürən iqtisadi tənəzzül və durğunluq bir çox sənaye və istehsal müəssisəsini ciddi problemlərlə üz-üzə qoyub, hətta bir çoxunun bağlanmasına səbəb olub. Həmin müəssisələrdə çalışan işçilər isə əmək haqlarını vaxtı-vaxtında ala bilmir vəya ixtisar edilərək işsiz qalır.