
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İran Azərbaycanının Zəncan şəhərində yaşayan türk fəal və qadın haqları müdafiəçisi Səfiyə Qarabağinin İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir.
Sosial mediada yayımlanan xəbərlərə görə, ETTELAAT məmurları onu bu gün səhər saatlarında saxlayıblar.
Səfiyə Qarabağinin həyat yoldaşı Ruzbeh Səadəti öz «Facebook» səhifəsində olayı belə təsvir edib: «Göründüyünə görə, tutulduqdan sonrakı bir neçə saatda ETTELAAT idarəsində saxlayıblar. Sonra, üç məmur evi təftiş üçün gəldilər. Səfiyəni gətirmişdilər. Evi axtarıb, laptop, bir neçə dəftər və kitab, eləcə də şəxsi sənədləri alıb apardılar».
Səadəti həyat yoldaşının «rejimə qarşı təbliğat» fəaliyyəti, «ictimai rəyi azdırmaq» və «yalan məlumat yaymaq» ittihamı ilə tutulduğunu bildirib.
«Bir neçə kəlmə söhbət edə bildik. İttihamların rejimə qarşı təbliğat, ictimai rəyi azdırmaq və yalan məlumat yaymaq olduğunu dedi. İndi durumundan xəbərsizəm,» Səadəti «Facebook» səhifəsində qeyd edib.
Səfiyə Qarabaği qadın hüquqları, qadına qarşı zorakılıq, İran qanunlarında gender bərabərsizliyinə zəmin yaradan məqamlar, habelə türk dil hüquqlarına dair yazılar yayımlayıb və toplumda maarifləndirmə işləri aparıb.