
Rejimin qalstuklu nökərləri
Fars şovinistləri qiyafətini dəyişər, xasiyyətini yox
Fars şovinistləri qiyafətini dəyişər, xasiyyətini yox
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Qarasu çayı kimyəvi maddələrlə çirkləndirlir, əhalinin həyatına təhlükə
Çempion doğma meydana daxil olarkən təpədən-dırnağa Türklük ab-havası yarandı
Ərdəbildə cümə axşamı iş olmayacaq, iş saatları 6:00-13:00 aralığına çəkildi
Türk komandasının qələbəsi fars mərkəzli təşkilatları çox narahat edib
Ərdəbilli yeniyetmə dünyanın ən güclüsü seçildi
Bu millətin, ikiyə bölünmüş VƏTƏNin QƏLƏBƏsidir
Təbrizlilər çempionatın bitməsinə 2 tur qalmış birinciliyini rəsmiləşdirdi
Proqramlaşdırma kitabı Azərbaycan türkcəsinə tərcümə edilib
Fars-molla rejiminin Pezeşkianın Bakıya gəlişi ərəfəsində anti-Azərbaycan tədbiri
Ana dilində təhsil haqqına fars-molla rejiminin əlaltılarının yanaşması
Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları söylənməlidir
Quzeyin Güneyə dair hansı konsepsiyası var?
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
PKK terror təşkilatının İran qolu adlanan «Pejak» qruplaşması Qərbi Azərbaycan Əyalətinin şəhər və kəndlərində onlara yardım etməyən öz soydaşlarına belə rəhm etmir.
Yerli mətbuatın yaydığı məlumata görə, iyulun 18-də Xoy şəhərinin Qotur məntəqəsində yerləşən Kəfçerin kəndində Əjdər Qurbani adlı bir kürd, ailəsi ilə birlikdə «Pejak» terrorçularının hücumuna məruz qalıb. Belə ki, 4 nəfərdən ibarət olan terrorçu qrup adını çəkdiyimiz kənd sakininin evinə hücum edərək onun ailəsi, xüsusi ilə də həyat yoldaşını şiddətlə döyüb və onlardan pul tələb ediblər. Terrorçular bir miqdar nağd pul və qızıl boyunbağı götürdükdən sonra evi tərk ediblər. Onlar hücum etdikləri evin ailə üzvlərini qətlə yetirməklə hədələyiblər.
«Pejak» terror qruplaşması törətdiyi cinayəti Əjdər Qurbaninin qruplaşma ilə əməkdaşlıq etmədiyi və onlara maddi yardım göstərmədiyi ilə izah edib.
Bir müddət öncə Qərbi Azərbaycan Əyalətinin Poldəşt məntəqəsində yerləşən Zəkirli kəndində də oxşar hadisə baş vermişdir. İyunun 25-i yerli vaxtla gecə saat 2 radələrində 8 «Pejak» terrorçusu Mustafa Firdosi adlı bir sərhədçinin evinə hücum edib, onu həyat yoldaşı və qızının gözü qarşısında gülləliyərək qətlə yetiriblər.
Kürdlərin hüquqları uğrunda mübarizə apardıqlarını iddia edən kütləvi informasiya vasitələrinin belə cinayətə səssiz qalması şübhəsiz ki, onların kürd əhalisi deyil, terror qruplaşmalarına xidmət etdiklərini göstərir. Onlar həmin qruplaşmaların Qərbi Azərbaycan Əyalətinə olan ərazi iddialarını təbliğ edərək kürd gənclərini qruplaşmalara meyilləndirir, belə hadisələr baş verdiyində isə səssiz qalırlar. İran rejimi isə kontroldan çıxmamaq şərti ilə qruplaşmaların bölgənin kürdləşdirilməsi uğrunda apardıqları fəaliyyətlərinə göz yumur, bununla da Qərbi Azərbaycan Əyalətində planlaşdırdığı demoqrafik tərkibin dəyişdirilməsinə şərait yaradır.